vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
17:03 | 29 mart 2022 | Çərşənbə axşamı Məqaləyə 917 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlər görüşdü

İkitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq və başqa məsələlər müzakirə olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov dünən (martın 28-də) “8-ci Berlin Enerji Keçidi Dialoqu” iştirak etmək üçün Almaniyaya səfər edib. Nazir Ceyhun Bayramov səfər çərçivəsində bu gün almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib, habelə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışını bölüşüb. Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.