Bayramovu İslam Respublikasına aparan səbəblər
Tehranın nümayəndə xahişi, qırılma nöqtələri, Bakı ilə Tehranın qarşılıqlı maraqları
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfər edərək həmkarı Hüseyn Əmir-Abdullahianla və Prezident Seyid İbrahim Rəisi ilə görüşdü.
Azərbaycanın baş diplomatının İslam Respublikasına yollanması iki ölkə arasında hərbi-siyasi, dini-ideoloji mövqelərdəki haçalanmaların yenidən vüsət aldığı dövrə təsadüf edir, hərçənd ki, bu mövzuların nə zamansa gündəmdən çıxacağını söyləmək də çətindir.
Ceyhun Bayramovun səfəri daha çox iqtisadi prioritetlərlə əlaqədar olsa da, güman etmək çətin deyil ki, onun Abdullahian və Rəisi ilə görüşündə qarşı tərəf İran ali dini liderinin Azərbaycana nümayəndə təyin etmək məsələsini gündəmə gətirib.
Ancaq Azərbaycan üçün bu, elə də önəm kəsb etmir. Çünki ali rəhbərin Azərbaycandakı keçmiş nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın fəaliyyəti tarixin və Azərbaycan xalqının yaddaşından silinməyib.
Siyasi gündəlikdəki fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla İranın iqtisadi-ticari, nəqliyyat, energetika sahələrində, beynəlxalq yükdaşımalar platformasındakı maraqları pozitiv məqamlar üzərində inkişaf edir və ona keyfiyyətcə yeni məzmun yükləmək üçün danışıqlar aparılır.
Azərbaycanla İran hazırda Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə Cənubi Qafqazdakı postmünaqişə dövrünün prioritetlərindən hesab edir.
Detalların dəqiqləşdirilməsi üçün iki ölkə arasında intensiv dialoqa ehtiyac duyulur, elə buna görə də, Ceyhun Bayramovun səfərinin ardınca, iyulun 5-də İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana gələcək.
Azərbaycanla İran postmüharibə dövrünün yaradacağı iqtisadi reallıqları da beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya etməyi hədəfləyirlər, bu mənada “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi xüsusi əhəmiyyət daşıyır.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmir yolunun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Qeyd edək ki, həmin dəhlizin yaradılmasında (2000-ci ildə) məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.
Bu beynəlxalq dəhliz Azərbaycan və İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi layihələrini də stimullaşdırır.
Bunun üçün 2019-cu ilin 6 martında Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib.
Ancaq İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir.
Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.
Ceyhun Bayramovun dediyindən belə anlaşılır ki, Azərbaycan İran ərazisində yarımçıq qalan tikintini reallaşdırmaq üçün vəsait xərcləməyə hazırdır, amma İran da bu jestə hansısa müsbət cavab verəcək.
Hüseyn Əmir-Abdullahianın verdiyi bəyanatda Bakının jestinə adekvat cavabı axtara bilərik. Abdullahian deyib:
“İran tərəfi “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icrasında qərarlıdır”. Bunun açması belədir ki, bu marşrutun inşasında İran tərəfi daha çox xərc çəkməyi öhdəsinə götürüb.
Gələcəkdə Azərbaycanla İranın Qarabağdakı və Şərqi Zəngəzurdakı birgə ticari maraqları həmin beynəlxalq dəhlizin elementinə çevriləcək.
Qarabağ və Şərqi Zəngəzur bölgələri sanksiyalar altında olan İran üçün iqtisadi fürsətlər pəncərəsidir, ona görə də, Tehran həmin regionlardakı investisiya layihələrində aktivliyini artırır ki, perspektivdə daha çox fayda götürsün.
Azərbaycan, İslam Respublikasının bu fəallığından məmnundur- Ceyhun Bayramov da iranlı həmkarı ilə görüşündə həmin məmnunluğunu dilə gətirib.
Rəsmi Tehran yeni regional platformaya (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) özünəməxsus şəkildə forma və məzmun vermək istəyir.
Abdullahianın altı ölkənin iştirakı ilə İranda iclas keçirilməsini təklif etməsi bunun bariz əlaməti kimi dəyərləndirilə bilər, hərçənd ki, Tehranın təşəbbüsləri ona ambissiyalı üstünlük qazandırmaq imkanlarından məhrumdur.
İranın istəyi ən azından bu səviyyəyə qədər məhdudlaşır ki, o, Azərbaycan və Türkiyə ilə yaxınlaşmanı təmin edərək regional üçlük platformasının yaradılmasına nail olsun. Əslində bu cür səylərin Bakı-Ankara ikilisinin strateji-iqtisadi maraqları ilə uyğunluq dərəcəsi daha çoxdur.
Ceyhun Bayramovun Tehran qrafikini Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfər proqramlarının razılaşdırılması kimi də xarakterizə etmək olar.
PROQNOZLAR:
Azərbaycanla İranın siyasi mövzulardakı baxış bucağındakı fərqlər qalacaq.
Həmin məsələlərdə düyünlərin sayının azaldılmasını təklif etmək iki ölkənin də xarici siyasətinin gündəmindədir. Ancaq tərəflər prosesin tənzimlənmə mexanizminin ortaq nöqtələrdən çox, fərdi strateji məntiq əsasında inkişaf etdirmək niyyətində olduğundan bu müstəvidə iki ölkənin ulduzu barışmayacaq.
İqtisadi-ticari mövzular bu xətdən tamamilə ayrı tutularaq yeni mərhələyə qədəm qoyacaq.
Azərbaycanla Türkiyə İranın regional iqtisadi əməkdaşlıqda aktivliyinin artmasına çalışacaq və buna görə üçtərəfli formatda birgə layihələrin icrasına başlanıla bilər.