vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:06 | 17 iyul 2022 | Bazar Məqaləyə 1605 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Blinken Bayramovla dünənki görüşü müzakirə edib

ABŞ dövlət katibi XİN rəhbərlərinin ikitərəfli qarşılaşmasını müsbət addım sayır

Tapdıq FƏRHADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Entoni Blinken iyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüşü müsbət addım kimi qiymətləndirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da Tiflisdə görüşərək müsbət addım atdılar. Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – dövlət katibi Blinken “Twitter” səhifəsində bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da ilk dəfə ikitərəfli formatda Tiflisdə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunulub.

“Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb”, – məlumatda qeyd edilir.

Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı Mirzoyan və Bayramov Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə edib. Bununla əlaqədar tərəflər əvvəllər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə edib və gələcək addımlar barədə fikir mübadiləsi aparıb. O, deyib ki, Qarabağ münaqişəsinin siyasi yolla həlli regionda sabit və davamlı sülhə nail olmaq yolunda böyük əhəmiyyət kəsb edir.

Görüşdə tərəflərin təmasları davam etdirməyə hazır olduqları qeyd edilib.