vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
09:53 | 11 aprel 2022 | Bazar ertəsi Məqaləyə 390 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslara qarşı ayrı seçkiliyə etiraz

Almaniyanın bir sıra şəhərlərində Rusiya tərəfdarlarının yürüşü keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 10-da Almaniyanın bir sıra şəhərlərində onların sözlərinə görə, ruslara qarşı ayrı-seçkiliyə etiraz edərək küçələrə çıxan Moskva tərəfdarları Rusiyanın Ukraynaya qarşı qəddar hərbi müdaxiləsinə etiraz edən nümayişçilərlə üz-üzə gəlib.

Almaniya polisi zorakılığın qarşısını almaq üçün vaxtaşırı iki qrupu ayırmalı olub. Qarşıdurma zamanı azı iki nəfər həbs edilib.

Almaniyanın “Bild” qəzetinin verdiyi məlumata görə, ölkənin şimalında yerləşən Hannover şəhərindəki motosiklet yürüşündə təxminən 650 Rusiya tərəfdarı nümayişçi iştirak edib.

Ölkənin maliyyə paytaxtı olan Frankfurt şəhərinin polisi yüzlərlə insanın Rusiya tərəfdarlarının aksiyasına qatıldığını bildirib.

Frankfurt bələdiyyəsi motosiklet yürüşünə dair müraciəti rədd edib.

Etirazçılar rusdilli vətəndaşlara qarşı “nifrət nitqi” və “ayrı-seçkiliyə” son qoymağa çağırıb.

Almaniya polisi Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlamasından sonra Rusiyaya qarşı 383 və Ukrayna əleyhinə 181 qanun pozuntusunu qeydə alıb.

Almaniyada 1,2 milyon Rusiya, 25 min Ukrayna əsilli insan yaşayır.

Hannoverdə etirazçılar avtomobillərini Rusiya və Almaniya bayraqları ilə bəzəyib. “Bild” qəzetinin bildirdiyinə görə, mitinqin başlaması əks-etirazçılar tərəfindən gecikdirilib.

Rusiya tərəfdarı nümayişçilərə Almaniyanın Ukraynaya qarşı təcavüz və işğalın rəmzi hesab etdiyi V və ya Z simvollarını daşımaq qadağan edilib.