vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
16:22 | 14 aprel 2022 | Cümə axşamı Məqaləyə 805 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Buzlaqlar əriyəcək ...

Geosiyasi savaş qızışır, Britaniyan elit qüvvələrlə mesaj verir

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Krallıq Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda özünün əzələ nümayişini Arktika Dairəsi coğrafiyasına köçürür.

Arktika regionunun cənub cinahı Böyük Britaniya ilə dəniz qonşuluğuna malikdir, ümumilikdə isə region Rusiya, ABŞ, Kanada, Finlandiya, İslandiya, Norveç və İsveçin ərazilərini əhatə edir.

Britaniya özünün qlobal strategiyasının zərurətindən irəli gələrək Arktika regionuna böyük sərmayə qoyur, bununla həmin regiondakı dövlətlərin (Rusiya xaric) təhlükəsizliyini qorumaq öhdəliyinə sadiqliyini göstərir.

Bu yaxınlarda isə NATO Arktika regionunda soyuq müharibə dövründən bəri ilk dəfə ən böyük hərbi təlimlər keçirib və həmin gövdə nümayişinə Britaniyanın Kral Donanması böyük şövqlə qatılıb.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Kral Donanmasının sularda iştirakı Britaniyanın hegemon rolunun indikatorlarından biridir, bu elit birləşmə dünyanın 12 nöqtəsində donanma saxlayır.

Perspektivdə Arktikada hərbi çəkişmə üçün zəmin yaradan mənbələr sırasında həmin regionda buzlaqların əriməsi və yeni əraziləri əlçatan etməsi də dayanır.

İqlim dəyişikliyi geosiyasi gərginliyi artırır, çünki enerji ehtiyatları və mineral ehtiyatlar üzərində rəqabət yeni mərhələyə qədəm qoyur.

Region üzərində çaxnaşma yarada biləcək ikinci amil burada Rusiya-Çin əməkdaşlığının mövcud olmasıdır. Regiona coğrafi bağlılığı olmayan uzaq Çin regionda özünün siyasi-iqtisadi maraqlarını yüksək səviyyədə həyata keçirməyə can atır ki, bu da regionu və Britaniyanın strateji təmkinini sınağa çəkir.

“Böyük şahmat lövhəsindəki” Rusiya-Çin gedişləri Britaniyanı ağıllı siyasət yürütməyə vadar edir, buna görə də, London Qərblə inteqrasiya olunmuş yanaşma ilə strateji çağırışlarla məşğul olmağın optimal yolunu seçir.

Britaniya bunun üçün:

1. Arktika regionunda təsirini gücləndirə bilmək üçün daha ardıcıl qərar vermə proseslərini nəzərdən keçirir,

2. Londonun hədəfində Arktikanın hərbiləşdirilməsinə sərmayələri artırmaq məqsədləri dayanır,

3. Xaricdə bu məqsədlərinin əhəmiyyətli şəkildə dəstəklənməsi üçün imkanlarını səfərbər edir.

Arktikadakı sonuncu təlimlər Birləşmiş Krallığın ideyaları altında həmin bu üç məqsədin bir regionda ifadə edilməsinin göstəricisidir.

Britaniyanın 3000-dən çox dəniz piyadasının qatılması Rusiyaya ötürülən mesajın hərbi elementlərindəndir, həmin hərbçilər Arktika dairəsinin sahildəki və dənizdəki dərinliklərində özlərinə mövqe seçiblər.

Bununla da Britaniya özünün şimal cinahını istənilən təcavüzkardan – Rusiyadan - qorumaq öhdəliyini nümayiş etdirir.

Hələlik hibrid müharibə kimi davam edən çəkişmə Arktika regionunun perspektivinə meydan oxuyur.

Rusiya-Ukrayna müharibəsi fonunda bu tendensiya soyuq müharibədən sonra “az gərginliyi olan və yüksək əməkdaşlıq” kimi təsvir edilən Arktika regionununda hərarəti münaqişə həddinə qədər qaldıra bilər. Gedişat Rusiyanın da qəzəbinə səbəb olacaq, Moskvaya hiddət verən başqa faktor isə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəkləridir.