vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
08:12 | 28 mart 2024 | Cümə axşamı Məqaləyə 425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yaşıl” təyyarə

Çox ucuz qiymətə və ən səmərəli hava gəmisi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın “Doncaster North” şəhərində qurulacaq yeni dirijabl istehsalı müəssisəsi 2028-ci ildə havaya qalxması planlaşdırılan Hibrid Hava Vasitələri (HHV – Hybrid Air Vehicles) şirkətinin yeni uçağı “yaşıl” təyyarə parkının yaradılmasına töhfə verəcək.

“Doncaster North” Şəhər Məclisi və HHV “Carcroft Common” “Airlander 10” flaqmanının istehsal mərkəzi üçün planlarını açıqladı.

HHV-ın çox ucuz qiymətə başa gələn və “dünyanın ən səmərəli böyük təyyarəsi” kimi təsvir etdiyi “Airlander 10” saatda təxminən 160 km sürətə çata bilir.

“Doncaster North” şəhərinin millət vəkili Ed Milibend deyib: “Bu, “Carcroft Common” və şəhərimiz üçün fantastik xəbərdir. Bu yeni istehsal obyekti regionda 1200-dən çox ehtiyac duyulan yüksək ixtisaslı iş yeri yaradacaq və yaşıl aviasiyanı bir addım da yaxınlaşdıracaq”.

Şirkət “Carcroft Common” zavodunda ildə 24 ədəd “Airlander 10” təyyarəsi istehsal etməyi hədəfləyir.

Yanmayan heliumla havada qalan hibrid uçaq 100 sərnişin və ya 10 tona qədər yük daşıma qabiliyyətinə malik olacaq.

“Şəhərimiz inkişafı dəstəkləmək üçün yeni texnologiyanı mənimsəməkdə ön sıralardadır və təklif olunan Hibrid Hava Vasitələri qurğusu təkcə bizim iddialı inkişaf strategiyamızın bir hissəsi deyil, həm də yeni yaşıl qabaqcıl istehsala və davamlı sənaye innovasiyasına diqqət yetirərək, iqlim dəyişikliyi ilə bağlı aparıcı ambisiyalarımızdır”,  – “Doncaster North”un meri Ros Cons deyib.

Hibrid Hava Vasitələri şirkətinin baş direktoru Tom Qrundi hesab edir ki, yeni istehsal mərkəzi “ildə 1 milyard funt sterlinq (2,147 milyard manatdan çox) ixrac” yaradacaq.

“Ekoloji təmiz uçuşu yenidən düşünmək vizyonumuz “Doncaster North” Şəhər Məclisi və Cənubi Yorkşir bölgəsi tərəfindən hər addımda güclü dəstəklə qarşılandı", – deyə Tom Qrundi bildirib.

İspaniyanın regional aviaşirkəti “Air Nostrum” bu təyyarədən ilk istifadə etməyi və cəmi 4 il ərzində 20 “Airlander 10”dan ibarət donanmanı Aralıq dənizinə aparmağı planlaşdırır.

Layihənin inkişafı “Airlander 10”un 2016-cı ildə ikinci uçuş cəhdində qəzaya uğramasından 8 il sonra baş verdi.

Təyyarə və qismən dirijabl olan 98 metr uzunluğundakı təyyarə ikinci uçuş cəhdinin sonunda “Cardington Airfield” bazasına enərkən burnu ilə yerə çırpıldığında ekipaj üzvlərindən heç kim xəsarət almamışdı.

HHV-ın sözçüsü hadisəni xarakterizə edərkən, “Airlander 10 prototipi ikinci sınaq uçuşunu etdi və 100 dəqiqə havada qaldı. O, bütün planlaşdırdığı missiyaları tamamladı və eniş üçün Kardinqtona qayıtdı. Təyyarə çətin eniş etdi və uçuş göyərtəsinin ön hissəsinə bir qədər ziyan dəydi, hazırda bu ziyan qiymətləndirilir”, – bunları demişdi.