

“MI-6” rəhbərini Ermənistana gətirən səbəb
“MI-6” şefinin “ayaq izləri” hara aparır?
Vəzifədən getməsi Boris Consona düşüb
Ailəsi haqqında serial şahzadə Harrinin populyarlığını minimuma endirib
30-50 arası miqrantın axtarışına başlanılıb
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Britaniya hökuməti kömür mədəni layihəsinə lisenziya verdi
İngiltərədə dəmiryol işçiləri tətil edir
Lordlar palatasını ləğv etmək istəyirlər
Polşadan İngiltərəyə uçan hava gəmisi Praqada məcburi eniş edib
Qərb Çinlə iqtisadi və ticarət əlaqələrdə ehtiyatlı olacaq
Mühafizəkarlar parlamentdə bir səs itirdi
Üç ölkə müştərək təyyarə hazırlayacaq
“Əslin haralıdır” sualı irqçilik sayılır
İnflyasiya Britaniya vətəndaşlarına təsir edib
“Qismən səfərbərlik qərarı ümidsiz bir cəhd idi”
Britaniyanın baş naziri Rişi Sunak hökumətin tətildə israr edən həmkarlar ittifaqlarına sərt reaksiya verə biləcəyi barədə xəbərdarlıq edib. Sunak, parlamentdəki çıxışında, “hazırda bu ölkədə işləyən ailələr çətinliklə üzləşirlər. Hökumət ağlabatan hərəkət etdi. Əmək haqqını yoxlayan qurumun tövsiyələrini qəbul etməklə biz bir çox hallarda özəl sektordan daha yüksək maaş artımına nail olmuşuq”, – o, deyib.
Tətil etməkdə israrlı olan işçiləri xəbərdar edən Sunak dedi: “Ancaq həmkarlar ittifaqı liderləri ağılsız olmağa davam edərlərsə, o zaman Britaniya xalqının həyatını və dolanışıq vasitələrini qorumaq üçün hərəkətə keçmək mənim borcumdur. Baş nazir olandan bəri insanları bu cür pozuntulardan qorumaq üçün yeni sərt qanunlar üzərində işləyirəm”.
İngiltərə Səhiyyə naziri Stiv Barklay, parlamentdə səhiyyə sektoru işçilərinin tətil qərarlarını dəyərləndirərkən, hökumətin ictimai işçilər üçün mövcud inflyasiya səviyyəsini yüksəldəcəyi təqdirdə, 28 milyard funt sterlinq əlavə xərc yarana biləcəyini bildirib.
Britaniya hökuməti nəqliyyat sektorunda çalışanları tətil etmək qərarına gəldikləri günlərdə belə minimum səviyyədə xidmət göstərməyə məcbur edən qanun layihəsini parlamentə təqdim etmişdi.
Ekspertlər düşünürlər ki, Britaniya hökuməti gələcəkdə bu qanun layihəsini genişləndirərək digər sektorları da əhatə edə bilər.
Ölkədə dəmiryolçuların 13-17 dekabr və 3-7 yanvar 2023-cü il tarixlərində, Şotlandiya istisna olmaqla, bütün ölkədə səhiyyə işçilərinin isə 15-20 dekabr tarixlərində kollektiv tətilə çıxması planlaşdırılır.
İngiltərə iqtisadiyyatı bu ilin üçüncü rübündə yüzdə 0,2 daraldığı halda, İngiltərə Bankı ölkənin tənəzzülə girdiyini açıqladı.
Bu ilin noyabr ayında ölkədə ərzaq məhsullarının qiymətləri 14,6 faiz artıb.
Böyük Britaniyada inflyasiya, xüsusilə enerji və ərzaq qiymətləri ilə yüksəlməyə davam edərək, oktyabr ayında illik 11,1 faizlə 41 ildə pik həddinə çatdı.