vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
21:53 | 22 may 2022 | Bazar Məqaləyə 975 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sizin haqda heç bir şey sizsiz ola bilməz”

“Ölkənin gələcəyini seçmək hüququ yalnız Ukraynaya məxsusdur”

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşa prezidenti Anjey Duda mayın 22-i Kiyevə gözlənilmədən səfər edərək, Rusiyanın işğalı başlayandan bəri Ukrayna parlamentində çıxış edən ilk xarici dövlət başçısı oldu. Ali Radada çıxışı zamanı Duda ukraynalıları Rusiya prezidenti Vladimir Putinin “tələblərinə” müqavimət göstərməyə çağırdı.

Polşa prezidenti Ukrayna millət vəkillərinin qarşısında çıxış edərkən ölkənin gələcəyini seçmək hüququ yalnız Ukraynaya məxsus olduğunu dedi: “Sizin haqda heç bir şey sizsiz ola bilməz”.

Duda nitqi zamanı Ukrayna ərazisinin təslim edilməsi Qərb üçün zərbə olacağını bildirdi və Polşanın Ukraynanın Avropa İttifaqında üzvlüyünə qətiyyətli dəstək olduğunu təkrar etdi.

Aprel ayında Duda Litva, Latviya və Estoniya prezidentləri ilə bərabər Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmaq üçün Kiyevə gəlmişdi.

Zelenski mayın 21-i Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqı ilə müəyyən formada “əməkdaşlıq” təklifindən imtina edib.

“Bizə bu cür kompromis lazım deyil”, – deyə Zelenski Kiyevdə Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti əlavə edib ki, bu addım Ukrayna ilə Avropa arasında deyil, Avropa ilə Rusiya arasında kompromis olacaq.