Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
14:49 | 26 dekabr 2022 | Bazar ertəsi
Məqaləyə 9179 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı həkim dostum var. Ujqorodda yaşayır. Bu sabah yazdı ki, dünən bayram axşamı üçün sadə bir bayram yeməyi yapdım, yeyə bilmədim, eləcə dadına baxdım, elektrik də yox idi…
Ürəyim sızladı.
Müharibə, itkilər, xarabaya çevrilmiş şəhər və kəndlər – ukraynalıların bu ilki Miladları belədir. Bunları düşünərkən birdən ağlıma gəldi ki, axı dostum Miladı katolik və protestantlar kimi 25 dekabrda deyil, pravoslavlar kimi 7 yanvarda qeyd edirdi hər zaman.
Təəccübləndim.
“Nədir bu dəyişikliyin səbəbi?” deyə yazdım.
“Bilirsənmi, bu il ukraynalıların 60 faizi Milad bayramını bütün dünya kimi 25 dekabrda qeyd edir. İnsanlar artıq hər şeyi anlayır. Biz gələcəyimizi hər sahədə fərqli quracağıq”, – cavab verdi…
Dəhşətdir, görün Kreml necə nifrət yaratdı ki, artıq dini bayramlarını belə ayırır Ukrayna. Xalq ən müqəddəs bayramını ruslarla bir gündə – 7 yanvarda qeyd eləmək istəmir. Bir işğal düşünün ki, xalqın beynində, düşüncəsində necə fırtınalar qaldırdı ki, etiqadlarında da təftişə gedir. Dəhşətdir…
“Milad Bayramın mübarək, əziz dost. Sənə və xalqına Qələbə arzulayıram. Həm də çox böyük Qələbə” yazaraq sağollaşdım.
Günorta internetdə qarşıma bir xəbər çıxdı: “Ukrayna Pravoslav və Ukrayna Yunan Katolik Kilsələri yeni kilsə təqviminə keçmək üçün işçi qrupu yaratmaq haqda qərar qəbul etdilər”…
İdbar quruluş, cəllad rəhbərlər hər şeyi istədikləri kimi dəyişib, sarsaq paranoyalarına uyğunlaşdırıblar. Faşizm üzərində Qələbəni bütün Dünya 8 mayda, sovetlər isə 9 mayda qeyd edirdi, bütün Xristian aləmi Milad Bayramını 25 dekabrda idrak edir, ruslar isə 7 yanvarda. Halbuki Oktyabr çevrilişinə qədər Rusiyada da Milad bayramının 25 dekabrda qeyd olunurmuş. Stalin xalqı dindən soyutmaq məqsədilə 1929-dan etibarən Noeli 7 yanvar tarixinə çəkmişdi…
Ukraynanın Milad Bayramı mübarək olsun!