vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
09:12 | 15 iyul 2022 | Cümə Məqaləyə 865 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbrizdə iki güclü yanğın

Ən böyük qida sənaye fabriki ilə məşhur qızıl bazarı gecə saatlarında alovlanıb

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 14-ü gecə saatlarında Təbrizin ən böyük qida sənaye müəssisəsi “Şirin əsəl” fabrikində güclü yanğın olub.

Yanğının güclü olduğu üçün bütün ətraf bölgələrin hadisə yerinə cəlb olunduğu və yanğının yalnız 15 iyul səhər saatları söndürüldüyü bildirilir.

Hadisə yerinə gedən yanğınsöndürmə maşınlarından birinin aşması nəticəsində iki yanğınsöndürən ağır yaralanıb.

Şərqi Azərbaycan Böhran İdarəetmə Mərkəzi yanğın nəticəsində meydana gələn xəsarətlərin dəqiqləşdirildiyini bildirib.

Bununla yanaşı Təbrizin tarixi məşhur qızıl bazarı olan “Əmir bazarı”ında da yanğın baş verib.

Axşam saatlarında baş verən yanğının söndürüldüyü və insan itkisinin olmadığı deyilir.