vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TÜRK DÜNYASI  
18:45 | 27 mart 2014 | Cümə axşamı Məqaləyə 1950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Youtube» bağlandı!

AKP «Twitter»in ardınca daha bir sosial şəbəkəyə qadağa qoydu

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bələdiyyə seçkisi öncəsi Türkiyədə sosial şəbəkə yasağı yaşanır. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) «Twitter» sosial şəbəkəsindən sonra «Youtube» video yükləmə və izləmə saytını bağladı.

Vaxt.az xəbər verir ki, qərar internet xidməti göstərən GSM operatorlar, provayder TTNet və Superonline kimi İSP şirkətlərə bildirilib. Qadağanın Telekomunikasiya və Rabitə Nazirliyindən (Telekomünikasyon İletişim Başkanlığı) verildiyi deyilir.

Son vaxtlar youtube.com saytında XİN rəhbəri Əhməd Davudoğlu, Milli Təhlükəsizlik müşaviri Hakan Fidan, Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sınıroğlu və Müdafiə Nazirliyi 2-ci Qərargah rəisi (qərargah rəisinin müavini) ordu generalı Yaşar Gülərə aid səs yazıları (audio) yayınlanmışdı. Gündəmdə bomba effekti yaradan audiolarda seçki öncəsi ölkədə müharibə yaratmaq planları haqda danışılırdı.

Youtube.com saytına daxil olarkən ekrana Telekomunikasiya və Rabitə Nazirliyinə aid olan qadağa pəncərəsi gəlir.