Seçkidə Türkiyə standartı
Bir seçkidə ki səsvermə məntəqələrində kütləvi ölüm, dava-dalaş halları baş verir...
Xalid KAZIMLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Qonşu dövlətlərdə seçkilər Azərbaycan üçün hər zaman maraqlıdır - seçki prosesinin özü də, nəticələri də. Rusiyada keçirilən seçkilər də maraqlıdır, İranda keçirilən seçkilər də, Gürcüstan və Ermənistanda baş tutan seçkilər də. Bu sırada Türkiyə seçkiləri xüsusilə önəm daşıyır.
Ölkəmizin siyasi fəallarının qonşu ölkələrdə keçirilən seçkilərlə bu qədər yaxından maraqlanmasının səbəbi odur ki, həmin seçkilərin nəticələri bizim həyatımıza, istiqbalımıza da təsir göstərə bilər. Və adətən elə olur.
Məsələn, siyasi fəalların dilində tez-tez səslənən «Rusiyada hakimiyyətə Vladimir Putin gəlməsəydi», «İranda prezident Musəvi olsaydı», «Ermənistanda «Sarkisyan məğlub olsaydı», «Türkiyədə CHP və ya MHP iqtidara gəlsəydi» və sair ifadələrlə başlayan cümlələr də göstərir ki, bizim insanların qonşu ölkələrdəki seçkilərin müvafiq nəticələrinə dair öz gözləntiləri var.
Ancaq hər xalq öz rəhbərlərini öz arşınları ilə ölçür, seçir. Bizim bu nəticələrə təsir etmək imkanımız yoxdur. Sadəcə, ürəyimizdə arzu tutub azarkeşlik edə bilərik.
Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində o ölkənin xalqı kimi Azərbaycanın da siyasi fəalları bir neçə tirəyə bölünmüşdülər. Buna uyğun olaraq seçkilərin nəticələrindən məmnun qalan və qalmayanlar var.
Bəziləri hətta ifrata varıblar, özlərini Məcidiyyəköydə yaşayan AKP, yaxud Bağdad caddəsində yaşayan CHP üzvü kimi aparırlar, ya eyforiyadadırlar, ya da ruh düşkünlüyünə qapılıblar.
Ancaq burası Azərbaycandır. İzmirdə, Adanada, Sivasda kimin bələdiyyə başqanı olmasının bizə o qədər də isti-soyuğu yoxdur. Olsa-olsa, bəlkə, Qarsın əslən azərbaycanlı olan bələdiyyə başqanının fəaliyyətinin bizim üçün nəsə bir faydası ola - o da dostluq, qardaşlıq əlaqələrinin inkişafı baxımından. Yoxsa ellikcə Qarsa daraşıb bazar açmaq mümkün olmayacaq.
Bizə düşən hər bir seçkidən sonra olduğu kimi, müqayisəli təhlil aparmaq, uğur qazananların və məğlub olanların əldə etdikləri nəticələrin səbəblərini dürüst bilmək, burada hansı obyektiv və subyektiv amillərin nə dərəcədə rol oynadığını müəyyənləşdirməkdir.
Ortada olan gerçək budur ki, bir sıra manipulyasiya və saxtakarlıq cəhdlərinə, neqativ təmayüllərə baxmayaraq, seçki Türkiyənin demokratik seçki ənənələrinə uyğun keçirilib. Bu, Avropa və dünya standartlarından fərqli seçki standartıdır.
Çünki bir seçkidə ki səsvermə məntəqələrində kütləvi ölüm, dava-dalaş halları baş verir, onu Avropa standartına uyğun saymaq olmaz.
Ortada fövqəladə gərginlik, şiddət, ölüm-dirim savaşına çıxmaq, siyasi rəqibin məhvinə çalışmaq kimi ekstremal bir durum var. Avropa artıq çoxdandır bu cür mənzərələrdən xali olan seçkilər keçirir - sakit, ekstessiz.
Seçkilərə hiylə qarışdırmaq, administrativ resurslardan istifadəyə əl atmaq avropalıların ağlına gəlmir. Adı korrupsiyada hallanan partiyanın vəzifəli üzvləri dərhal hakimiyyət postlarından istefa verir, dirəşmir, əlavə gərginlik yaratmırlar.
Türkiyədə belə olmadı. Bütün ittihamlara, ciddi dəlil-sübutlara baxmayaraq, hakim partiya sona qədər dirəşdi, ölkədə ölüm-dirim savaşındaymış kimi bir kampaniya apardı və bu zaman bir sıra pozuntulara da yol verdi.
Hər halda indiyədək Türkiyədə keçirilən heç bir seçkidən sonra bu qədər seçkiyə hiylə qarışdırıldığı, səslərin rüşvətlə alındığı barədə ittihamlar səslənməmişdi. Bu, bir ilk idi.
Bununla belə, bir çox vilayətlərdə AKP üzvlərinin hələ də seçicilərin əksəriyyətinin səsini qazanmasını onların üzv olduqları partiyanın nüfuzu ilə yox, öz şəxsi nüfuzları və parlaq fəaliyyətləri ilə bağlamaq gərəkdir. Onlar başqa partiyaların namizədləri olsalar da, qalib gələrdilər.
Diqqət yetirməli olduğumuz daha bir nüans ondan ibarətdir ki, bizdə nəinki bələdiyyə seçkiləri, heç parlament seçkiləri də bu sayaq qızğın, gərgin atmosferdə keçmir və heç vaxt fərqli nəticələnmir. Ölkədə başqa bir siyasi partiya yoxmuş kimi, bütün növ seçkilərdə yalnız YAP «qalib gəlir», bir də parlament və bələdiyyə seçkilərində kimlərəsə 3-5 yer bəxşiş verilir.
Bu baxımdan Türkiyədə keçirilən seçkilər bizim üçün örnəkdir, arzulanan səviyyədir. Biz hələ əvvəlcə Türkiyə standartlarına çatmalıyıq, o cür seçki keçirməli öyrənməliyik, yalnız ondan sonra Avropa standartlarından danışa bilərik. («Yeni Müsavat»)