vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:04 | 1 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir il ...

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda olan Türkiyə hərbi kontingentinin xidmət müddəti daha bir il uzadılıb. Bununla bağlı qanun layihəsi parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.

Qeyd edək ki, işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı 2021-ci il yanvarın 30-da həyata keçirilib.

Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.