vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
20:11 | 15 iyun 2013 | Şənbə Məqaləyə 1876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İvanişvili Baki-Tiflis-Qarsla bağlı şübhələrini açiqladı

«Bu magistral digərlərində yükdaşımaları azaldacaq» deyən baş nazir sabah Bakıya gəlir

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın baş naziri Bdzina İvanişvili dünən dekabrın 24-də Tiflisdə keçirdiyi mətbuat konfransında Bakı-Tiflis-Qars (BTQ) dəmiryol magistralı ilə bağlı ötən həftə verdiyi gözlənilməz bəyanatına bəzi düzəlişlər edib. O deyib ki, layihənin Gürcüstanın maraqlarına nə dərəcədə cavab verdiyinə dair şübhələri bu magistralın işə düşməsindən sonra ölkənin nəqliyyat şəbəkəsində digər istiqamətlər üzrə yükdaşımaların azalacağı ilə bağlıdır.

«Biz narahatıq ki, Bakı-Tiflis-Qars magistralının işə düşməsindən sonra Gürcüstan dəmir yollarının digər istiqamətləri üzrə yükdaşımaları azalacaq. Əslində layihənin özü maraqlıdır, lakin birinci mərhələdə iqtisadi xarakterli suallar meydana çıxır» deyə, o bildirib. Baş nazir əlavə edib ki, bu məsələlərin öz həllini tapacağına ümid edir. İvanişvili məsələni Bakıya səfəri zamanı müzakirə etməyəcəyini deyib: «Bu məsələlər üzərində işçi qrupu işləyir və bu kifayət edir. Mən Bakıya səfərim zamanı bu barədə müzakirələr aparmağa hazırlaşmıram». Xatırladaq ki, B.İvanişvili ötən həftə «Rezonansi» qəzetinə müsahibəsində BTQ layihəsinin «hansısa məqamda» Gürcüstanın maraqlarına uyğun olmayacağını deyib. O bildirib ki, layihə ilə bağlı bir sıra suallar var və məsələni Bakıya səfəri zamanı müzakirə etməyə hazırlaşır. Gürcüstanın baş nazirinin Azərbaycanın xüsusi önəm verdiyi bu strateji layihə ilə bağlı bəyanatı Bakıda təəcüblə qarşılanmışdı. Təhlilçilərə görə, bu işin arxasında Rusiya dayana bilər. Belə ki, BTQ magistralının işə düşməsi Rusiyanın mülkiyyətində olan Ermənistan dəmir yollarını regional yükdaşımalar baxımından əhəmiyyətsiz duruma salacaq. Bundan əvvəl İvanişvilinin hökuməti Abxaziya ərazisindən keçən dəmir yolunun açılması təşəbbüsü ilə çıxış edib. Bu yolun açılması Ermənistanın Rusiya ilə birbaşa dəmiryol əlaqəsinin bərpası və nəticədə təcrid vəziyyətindən çıxması deməkdir. Abxaziya maraq göstərmədiyi üçün İvanişvili hökumətinin təşəbbüsü hazırda gündəmdə deyil, bununla belə, təşəbbüs Gürcüstanın yeni hökumətinin Rusiya ilə münasibətlərin qaydaya salınması istiqamətində atdığı addımların davamıdır. İvanişvili Bakıya dekabrın 26-da səfər edəcək, Gürcüstan hökumətinin dəftərxanasından yayılan məlumata görə, gələn il yanvarın 17-də isə o, Ermənistana yola düşəcək. Gürcüstan baş nazirinin Azərbaycana və Ermənistana səfərlərini bir-birinin ardınca salması da onun müəyyən balanslaşdırma kursu seçdiyini göstərir. Belə görünür ki, İvanişvili Mixail Saakaşvili hakimiyyətinin Azərbaycanla strateji tərəfdaşlıq kursunu dəyişmək niyyətindədir. Rusiyaya bağlılığı olduğu deyilən baş nazirin iqtisadi bəhanələrlə BTQ layihəsini ən azından ləngidəcəyi istisna deyil. Bu magistralın gələn il işə düşəcəyi gözlənilirdi. Lakin mümkündür ki, İvanişvilinin irəli sürdüyü yeni şərtlərə görə proses ləngisin. Həmin ərəfədə Gürcüstanı Rusiya ilə birləşdirən və Abxaziyadan keçən dəmir yolu açılsa, o zaman BTQ magistralının əhəmiyyəti də xeyli azalmış olacaq. Eyni zamanda Ermənistan dəmiryol blokadasından çıxacaq və regiondakı status-kvo Azərbaycanın xeyrinə olmayan şəkildə dəyişəcək. Əslində Gürcüstan üzərindən Ermənistana quru dəhlizinin açılması Kremlin İvanişvilinin hakimiyyətə gəlişindən əvvəl hazırladığı plandır. Bu ilin əvvəllərində Rusiya mətbuatı Müdafiə Nazirliyindəki qaynaqlara istinadən baş qərargahın İranla ABŞ arasında mümkün münaqişə, yaxud Qarabağda hərbi əməliyyatların başlaması variantında Moskvanın Cənubi Qafqazla bağlı planlarının bəzi detallarını yaymışdı. Orada deyilirdi ki, həmin variantlarda Rusiya Gürcüstana müdaxilə edib Ermənistandakı qoşunlarının təchizatı üçün quru dəhlizi aça bilər. Ancaq indi B.İvanişvilinin kursu bu dəhlizi açmaq üçün hərbi müdaxiləyə ehtiyacı aradan qaldırardı. Çünki Gürcüstanın yeni hökuməti Rusiyanın regiondakı hərbi müttəfiqini təcrid vəziyyətindən çıxarmağa çalışır.