vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
19:35 | 19 avqust 2018 | Bazar Məqaləyə 2874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Planlarımız var”

Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi uzadıla bilər. Bu barədə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib. Diplomatın sözlərinə görə, müvafiq layihələr artıq Türkiyə tərəfindən hazırlanıb.

Səfir qeyd edib ki, Türkmənistan bu marşrutu enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün istifadə edə bilər: “Bakı-Tiflis-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər. Türkmənistanda qaz ehtiyatları 26 milyard kubmetr qiymətləndirilir".

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.