
15 milyon tondan 25-ə çatdırmaq
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
Dünyanın ən uzun dəmiryolu Azərbaycandan keçə bilər
Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
Azərbaycan-Ermənistan iqtisadi savaşı dərinləşir - Qarabağ bu davanın qalibinə qalacaq
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
Özbəkistan və Hindistan yanvardan yüklərini BTQ və «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi
Azərbaycanın indiyədək yazılarda oxuduğumuz böyük geosiyasi önəmi hazırda reallığa çevrilir
Gürcüstan tezliklə Ermənistanı Rusiyaya birləşdirən dəmir yolunu açır
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq. Bunu Vyanada (Avstriya) səfərdə olan «Azərbaycan Dəmir Yolları« QSC-nin sədri Cavid Qurbanov açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinə qədər olan əraziləri əhatə edəcək. Bunun üçün isə ilk növbədə texniki şərtlər ödənilməlidir:
«Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur».
QSC sədri onu da bildirib ki, artıq İsveçrənin «Stadler» şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da «Stadler» şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.
C.Qurbanov qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar BTQ istiqamətində müntəzəm daşınmanı təmin edəcək.