
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Türkiyə prezidenti R.T. Ərdoğanın da Rusiya səfərinin ərəfəsinin «akustik» tərəfləri sonrası ilə müqayisədə daha effektli oldu: səfər ərəfəsində sanki hamı danışmağa tələsirdi, amma səfərdən sonra xeyli gözlədik, saytları və digər mənbələri ciddi-cəhdlə izlədik, fəqət, diqqətimizi çəkən bir şey olmadı. Ən son anda prezident Ərdoğanın kiçik açıqlmasını oxuduq: «Putin elə də ümidli deyil...»...
Əslində özümüz də elə bir effekt gözləmirdik və bunu ötən dəfə yazmışdıq. Məsələ bundadır ki, Türkiyə ilə Rusiya biri-birinə nə qədər yaxınlaşsalar da, onları ayıran dərin məqamlar var.
SSRİ-nin süqutu ərəfəsində geosiyasət ekspertləri diqqəti ona yönəldirdi ki, sovet məkanının böyük hissəsində, xüsusən də Qafqazda və Mərkəzi Asiyada Türkiyənin təsiri artacaqdır.
Rusiyalı analitiklərin özləri də bu cür proqnozlardan çəkinmir və tez–tez hipotetik «tük zolağı» mövzusunda yazılarla çıxış edirdilər.
Düzdür, gözləntilər tam doğrulmadı və Türkiyənin hökumətləri, məsələn, Mərkəzi Asiya ilə hələ də etibarlı münasibətlər vektoru qura bilməyiblər. Amma Azərbaycanı götürsək və Gürcüstanla da sıx münasibətləri nəzərə alsaq, birmənalı demək olar ki, Qafqazda buna nail olunubdur.
Ona görə də nə qədər yaxınlaşsalar da, yenə də Rusiya Türkiyəni sovet məkanının böyük kəsimində özünün ən əsas rəqibi sayır.
Digər tərəfdən, Kremlin strateqlərinin regional məsələlərə yanaşmasında, obrazlı bir şəkildə desək, «canavar məntiqi» duyulur: canavarlar özlərinin ov sahələrini işarələdikləri kimi, onların da məntiqincə, rus əsgərinin ayağı dəyən hər qarış torpaq artıq ya Rusiyanın milli maraq zonası, ya da ərazisidir!..
Ələlxüsus da keçmiş sovetlər məkanına Kreml məhz bu prizmadan yanaşır və onu nəinki kimsəylə bölüşməyə tələsmir, hətta hamı ilə dava aparır ki, mənim bu «hüququ»mu tanıyın və təsdiq edin.
Bu səbəbdən də düşünmürük ki, nəinki yaxın vaxtlarda, hətta uzaq gələcəkdə də Rusiya ilə Türkiyə arasında Qarabağ probleminə baxışda ortaq məxrəc tapılacaq.
Sözsüz, Rusiyada anlayırlar ki, Türkiyəni də razı salmadan Azərbaycanla Ermənistanın münasibətlərini «yoluna qoymaq» və Dağlıq Qarabağ problemini «çözmək» mümkün deyil, çünki İrəvan və Ankara münasibətlərini sahmana salmaq problemi də var, - ən azı Ermənistanın blokadasını götürmək baxımdan...
Üstəlik, Kreml bu müstəvidə həm də Ankaranın Bakıya getdikcə artan təsirini də nəzərə alır - məhz bu səbəbdən ötən illərdə Rusiya Ankaranın prosesdə rolunu «artırmağa», onu da prosesə cəlb etməyə meyllənmişdi.
Yadınıza gəlirsə, hətta bir vaxt Minsk Qrupunun həmsədrləri də Ankaraya səfərə hazırlaşırdılar. Amma bütün bunlarla bahəm, Moskva münaqişənin «nizamlanması»ndakı aparıcı rolunu, heç bir ölkə ilə, eləcə də Türkiyə ilə bölüşmək niyyətində deyil.
Bəs nə etməli, nə çarə yapmalı? Rusiyanın «qarnının ağrısı» hamıya bəllidir - bu, Bakını da Avrasiya və Gömrük İttifaqında, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görməkdir.
Prinsipcə, bunları qəbul edə bilərik, amma nəticəsi o olacaq ki, Qarabağı qaytarmaq eşqi ilə yaşadığımız halda durub bütün Azərbaycanı itirəcəyik!
Ona görə də Qarabağı Rusiyadan xahiş-minnətlə almağın yollarını aramaq əvəzinə, öz üstünlüklərimizdən yararlanaraq onu qaytarmağın əsl üsullarını bulmalıyıq.
Bunun üçün isə Rusiyanı və İranı «sıxmağın» yollarını tapmalı, Gürcüstanla Ermənistanın münasibətlərini bir az da soyutmalıyıq. Əsas da İran istiqamətində səylərimizi artırmalıyıq - qoy, İraq kürdlərinin məsələsində olduğu kimi, Qarabağ məsələsində də prinsipiallıq və təbii ki, operativlik göstərsinlər.
Cənublu soydaşlarımızla da işləməliyik ki, onlar da hökumətlərinə təzyiq göstərsinlər. Məqsədimiz də heç də İranda separatist tendensiyalara təkan vermək deyil, sadəcə, özümüzün kiçik ölkəmizdə erməni separatizminə son qoymaqdır.
Bakı-Tiflis-Ankara və Bakı-Moskva-Tehran regional üçbucaqları formatında əməkdaşlığı gücləndirməli, Azərbaycanın regionun tranzit mərkəzinə çevrilməsi üçün səylərimizi artırmalıyıq.
İranı, Azərbaycanı və Rusiyanı birləşdirəcək Şimal-Cənub dəhlizini daim diqqətdə saxlamalı və eləcə də Bakı-Tiflis-Qars layihəsini inkişaf etdirməliyik.
Bakı-Tiflis-Qars siyasi və hərbi əhəmiyyətli bir layihədir. Azərbaycanla Türkiyə arasında nəhayət, dəmiryolu əlaqəsi yarandı və o, bizə prinsipcə, Naxçıvanın da blokadasına son qoymağa, ölkənin bu hissəsi ilə dəmiryolu əlaqələrini bərpa etməyə imkan verir. Üstəlik, Bakı-Tiflis-Qars xəttilə hərbi-strateji daşımaları da həyata keçirə bilərik...
Daha bir mühüm məqam isə, layihənin geoiqtisadi tərəflərilə bağlıdır. İndiyədək yalnız yazılarda oxuyurduq ki, Azərbaycanın böyük geosiyasi önəmi var, hazırda isə bu, reallığa çevrilir və «Əsrin əfsanəsi» adlanan layihənin - «İpək yolu»nun da tezliklə gerçəkləşəcəyinə ümidləri artırır...