
15 milyon tondan 25-ə çatdırmaq
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
Səyahət ilkin mərhələdə Qarsa qədər davam edəcək
Azərbaycan-Ermənistan iqtisadi savaşı dərinləşir - Qarabağ bu davanın qalibinə qalacaq
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
Özbəkistan və Hindistan yanvardan yüklərini BTQ və «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi
Azərbaycanın indiyədək yazılarda oxuduğumuz böyük geosiyasi önəmi hazırda reallığa çevrilir
Gürcüstan tezliklə Ermənistanı Rusiyaya birləşdirən dəmir yolunu açır
Azərbaycanla Türkiyəni birləşdirən və Gürcüstandan keçən Bakı-Tiflis-Qars dəmir yolu bundan sonra həm də “Transsibir” magistralı ilə daşınan yük axınına istiqamətlənəcək.
Bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Oleq Belorezov mayın 8-də keçirdiyi aylıq selektor müşavirəsində bildirib. Top-menecerin müşavirədəki çıxışını bu gün dövlət dəmir yol inhisarçısının televiziyası yayıb.
Xəbər verildiyi kimi mayın 6-da Azərbaycan, Türkiyə və Rusiya dəmir yollarının rəhbərləri Bakı-Tiflis-Qars dəmir yolunun Axalkalaki-Qars hissəsində 1520 mm-lik enlikdə təkərlər üçün 76 km uzunluğunda yeni yolun tikintisi və Qarsda logistik terminalın inşası üçün razılıq əldə ediblər. Gürcüstan tərəfi bu razılaşmadan narazı qalıb. Baş nazir Mamuka Baxtadze bildirib ki, Bakı-Tiflis-Qars Azərbayan, Gürcüstan və Türkiyənin strateji layihəsidir və istənilən başqa iştirakçı layihəyə ancaq hər üç tərəfin razılığından sonra qoşula bilər.
“Rusiya Dəmir Yolları”ında qeyd ediblər ki, mayın 6-da imzalanmış memorandum Bakı-Tiflis-Qars dəmir yolu ilə müntəzəm yükdaşımaların təmin edilməsi üçün birgə fəaliyyəti nəzərdə tutur. Bura iqtisadi əsaslandırılmış tariflərin tətbiqi və yeni yük bazasının cəlb edilməsi də daxildir. Belorezovun bildirdiyinə görə, həmin dəmir yoluna qoşulmaq Rusiya dəmir yollarına Avropanın cənubu ilə işləmək üçün əlavə imkanlar yaradacaq.
Qeyd edək ki, "Transsibir" magistralı dünyanın ən uzun dəmir yoludur. 9300 km.-ə yaxın bu yol Moskvanı Rusianın Uzaq Şərqi ilə birləşdirir və son məntəqəsi Vladivostok şəhəridir.