vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
09:01 | 25 iyun 2018 | Bazar ertəsi Məqaləyə 2508 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran-Bakı dəmiryol xətti nə vaxt işə salınacaq?

İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və İran iki ölkənin paytaxtlarını birləşdirəcək dəmiryol xəttinin işə salınması barədə danışıqlar aparır. Vaxt.az bildirir ki, bunu “Trend”ə “İran dəmir yolları”nın nümayəndəsi Mir Həsən Musəvi deyib.

Bu dəmir yolunun Bakını Azərbaycanın Astara şəhəri ilə, daha sonra İranın eyni adlı şəhərindən keçməklə paytaxt Tehranla əlaqələndirəcəyi planlaşdırılır.

M.H.Musəvinin sözlərinə görə, İran tərəfi yolun tikintisini sürətləndirmək üçün bütün zəruri məsələləri, xüsusilə də hüquqi və gömrük məsələlərini həll etmək niyyətindədir:

“Xətt Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsindən sonra işə salınacaq. Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq. Bu xəttin işə salınması hər iki ölkənin sahibkarları arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək”.

O, həmçinin əlavə edib ki, bu gün Azərbaycan və İran Naxçıvan-Məşhəd dəmiryol marşrutu üzrə sərnişin axınının artırılması üzərində işləyir.