vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
16:12 | 19 iyul 2024 | Cümə Məqaləyə 179 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Crowdstrike” dünyanı iflic edib

“Microsoft”un proqram sistemindəki nasazlıq bank, birja və hava limanlarını “dondurub”

ELŞAD

“Microsoft”a kibertəhlükəsizlik proqramı təmin edən “CrowdStrike” sistemlərində yaranan problem səbəbindən qlobal şirkətlərin, xüsusilə ABŞ-da yerləşən hava yolları, hava limanları, banklar, media qurumları və London Birjasında texniki nasazlıqlar yaşandığı açıqlanıb.

Kibertəhlükəsizlik nəhəngi “CrowdStrike”in sistemlərində yaranan nasazlıqdan sonra bütün dünyada biznesə təsir edən böyük fasilə yaranıb.

***

“CrowdStrike” dünya miqyasında texniki nasazlıqlara səbəb olan problemi müəyyən etdiklərini və problemi həll etmək üçün istifadəçilər üçün “müvəqqəti” bir həll hazırladıqlarını açıqlayıb. “Microsoft” şirkəti tərəfindən verilən açıqlamada “Microsoft 365” sistemindəki müxtəlif tətbiqlərə təsir edən texniki problemin araşdırıldığı qeyd edilib.

ABŞ mərkəzli hava yolu şirkəti “Frontiers” tərəfindən edilən yazılı açıqlamada şirkətin sistemlərində “Microsoft”un yaratdığı texniki problemlərin olduğu və digər şirkətlərin də bu problemdən təsirləndiyi, sistemlərin mərhələli şəkildə normal vəziyyətə gətirildiyi bildirilib.

***

London Fond Birjasının (LSEG) bəyanatına görə, LSEG-in xəbər və məlumat platformasında fasilə yaranıb və bu, bütün dünyada istifadəçilərin çıxışına təsir edib. Asiya ticarət sessiyası zamanı LSEG xəbərlərin platformada dərc olunmasına mane olan qlobal texniki problemlə qarşılaşdı.

“Sky News”un sədri Devid Rods sosial şəbəkədə açıqlama verib

Digər tərəfdən mətbuata əks olunan xəbərlərdə ABŞ-ın bir çox hava limanı ilə yanaşı, Almaniya, İspaniya və Avstraliya hava limanlarında da texniki nasazlıqlar səbəbindən bir çox uçuşun həyata keçirilmədiyi bildirilir.

Berlin Brandenburq hava limanında bütün uçuşlar dayandırılıb. Əldə edilən məlumata görə, hazırda Berlinə çatan reyslər müxtəlif hava limanlarına yönləndirilir. Bildirilib ki, Avstraliyanın müxtəlif ştatlarında banklar və aviasiya sistemləri də daxil olmaqla, qurum və təşkilatların əməliyyat sistemlərinə təsir edən fasilə yaranıb.

Digər tərəfdən, “Microsoft” “Microsoft 365” tətbiq və xidmətlərinə girişdə nasazlığın olduğunu, xidmətlərə çıxışda isə yaxşılaşma yarandığını bildirib. Problemin aradan qaldırılması üçün tədbirlər görülməyə davam ediir. “Microsoft 365”in internet saytındakı açıqlamada, tətbiqlər və xidmətlər üçün təsir azaltma işlərinin davam etdiyi qeyd edilib.

Açıqlamada, mövcud problemin müxtəlif “Microsoft 365” tətbiq və xidmətlərindən istifadə etməyə çalışan bütün istifadəçiləri təsir edə biləcəyi ifadə edilib. Təsirə məruz qalan proqram və xidmətlər arasında “Microsoft Defender”, “Microsoft Teams”, “Microsoft Purview” və “OneDrive” da var.

Problemin əsas səbəbi “Azure” bulud sistemində konfiqurasiya dəyişikliyi səbəbindən saxlama və hesablama resursları arasında fasilə yaranması göstərilib. “Bizim xidmətlərimiz yumşaldıcı tədbirlər gördüyümüz üçün davamlı təkmilləşdirmələrə ehtiyac yaranır”, – bəyanatda deyilir.