vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
08:12 | 23 avqust 2024 | Cümə Məqaləyə 274 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Apple”dən AB istifadəçilərinə güzəşt

“Safari” kimi proqramları silməklə yanaşı, bir çox parametrlərə çıxış imkanı

MEHİN

ABŞ-ın texnologiya nəhəngi “Apple”, Avropa Birliyi (AB) qanunlarına uyğunluq çərçivəsində “App Store”, Mesajlar, Fotoşəkillər, Kamera və “Safari” proqramlarını silməyi mümkün edəcək.

“Apple” tərəfindən edilən açıqlamada ilin sonuna qədər AB-dəki istifadəçilər üçün brauzer seçim ekranında, standart tətbiqlərdə, iOS və iPadOS üçün tətbiqlərin silinməsində dəyişikliklər ediləcəyi açıqlandı.

Bəyanatda bu yeniləmələrin Rəqəmsal Bazarlar Qanununun (Digital Markets Act – DMA) tələblərinə uyğunluq çərçivəsində həyata keçiriləcəyi və üçüncü tərəf alətlərinin də istifadəyə veriləcəyi bildirilib.

Açıqlamada, AB-dəki istifadəçilərin parametrlərdə iOS və iPadOS 18-də hər bir istifadəçiyə təklif olunan “standart tətbiqlər” bölməsini görəcəkləri, istifadəçilərin telefon nömrələrini yığmaq, mesaj göndərmək, mətni tərcümə etmək üçün yeni standart parametrlərə sahib olacağı bildirilib. Bununla yanaşı parolların idarə olunması, klaviatura və istənməyən zəng filtrlərinin gələcək proqram yeniləmələrində olacağı qeyd edilib.

Bəyanatda həmçinin “App Store”, Mesajlar, Fotoşəkillər, Kamera və Safari proqramlarının AB-də istifadəçilər üçün silinə biləcəyinə dair məlumatlar da yer alıb.