Dığapərvər Duqin
«Kremlin itləri» Azərbaycana tərəf «kim daha bərk hürəcək» yarışına girib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
Kremlə bağlı rusiyalı politoloq, prezident Vladimir Putinin «yeni SSRİ» adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqin yenidən Azərbaycanın ünvanına təhdid mesajları ilə çıxış edib. «Beynəlxalq Avrasiya Hərəkatı»nın lideri, rus-erməni klubu «Qriboyedov»un üzvü Aleksandr Duqin Ermənistanın 1in.am saytına müsahibəsində deyib ki, Rusiya Azərbaycanla «başqa cür» danışmalı olacaq. Duqin bildirib ki, bunun səbəbi Azərbaycanın «Saakaşvili rejimi və Kiyev xuntası» ilə bir cəbhədə yer alıb Rusiyanın maraqlarına qarşı siyasət yürütməsidir.
Müsahibənin tam versiyasını BURADAN
oxumaq olar.
- Ermənistan Gömrük İttifaqına daxil
olmaq qərarı verəndə vəd olundu ki, o Avrasiya İttifaqının də təsisçi üzvü
olacaq. Ancaq indi baş nazirin müavini İqor Şuvalov deyir ki, Avrasiya
İttifaqının yaradılması proqramı artıq hazırdır və müvafiq müqavilə may ayında
Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanacaq. Ermənistan niyə oyundan
kənarda qaldı?
- Əslində Ermənistan oyundadır. Əgər
daha bir neçə sənədi may ayına qədər razılaşdırıb başa çatdırılmasa bu mümkün
olmayacaq. Avrasiya İttifaqı nə deməkdir? Bu, şübhəsiz ki, daha dərin
inteqrasiyadır, özündə qanunvericiliyin, iqtisadi və hüquqi normaların
inteqrasiyasını əks etdirir. Belarus və Qazaxıstan bütün bunları Avrasiya
İttifaqı standartlarına uyğunlaşdırmaq üzərində çoxdan işləyir. Ermənistan isə
bu prosesə gec qoşuldu. Mənim fikrimcə olduqca mühümdür ki, Ermənistan da
Avrasiya İttifaqının təsisçi üzvü olsun. Ancaq hələ çox sənədlər razılaşdırılmayıb.
Yəni səbəb texnikidir və Ermənistanın prosesə Belarusla Qazaxıstana nisbətən
gec qoşulması ilə bağlıdır
- Yəni burada siyasi problem yoxdur?
- Mən şübhə etmirəm ki, problem
texnikidir, Ermənistanın Avrasiya proqramlarına sadiqliyi şübhə doğurmur. Ermənistan
çoxdan KTMT-nin üzvüdür. Rusiya-Ermənistan münasibətlərinin konteksti və
Ermənistanın bu layihədəki əhəmiyyəti mübahisə predmeti deyil.
- Siz müsahibə verdiniz ə dediniz ki,
Rusiyanın Azərbaycana qarşı kəskin addımlar atması tamamilə mümkündür. Əgər
Azərbaycan Rusiyadan kənarda özünə böyük qardaş axtarmağa cəhd eləsə...
- Bu, BMT Baş Assambleyasında Ukraynaya
dair qəbul edilən qətnamədən sonra mənim verdiyim ilk müsahibə idi. Azərbaycan
bu səsvermədə Ukraynanı müdafiə etmişdi. Mən deyirdim ki, Rusiya hər bir
postsovet ölkəsinin ərazi bütövlüyünün qarantıdır. Ermənistanın və Azərbaycanın
da ərazi bütövlüyünün qarantı Rusiyadır. Qarabağın qarantı da Rusiyadır. Əgər
təsəvvür etsəniz ki, Rusiya bu funksiyanı üzərindən götürür, o zaman
Ermənistanın və Qarabağın ərazi bütövlüyü qarantiya altında olmayacaq.
Təbii ki, Rusiya ilə qonşu olan ölkələr
öz ərazi bütövlüklərini də ancaq Rusiya ilə xeyirxah qonşuluq münasibətləri
hesabına saxlaya bilərlər. Yəni ya neytral, ya sıx münasibətlər lazımdır. Əgər
postsovet məkanında oturub antirusiya siyasəti aparsanız o zaman ərazi
bütövlüyünüz də şübhə altına düşmüş olacaq. Mən bunu nəzərdə tuturdum. Bunu
ermənilərə, azərbaycanlılara, gürcülərə, moldovanlara, ukraynalılara çox
demişəm. 15 ildir bunu deyirəm. Bu fakt Cənubi Osetiyada, Abxaziyada,
Dnestryanında, Krımda, həmçinin Qarabağda sübut olundu. Qarabağ ona görə bu gün
ermənilərdədir ki, onlar Rusiya ilə dil tapdılar.
Bakının Rusiyaya qarşı çıxış etməsi
göstərir ki, azərbaycanlılar Saakaşvili və Kiyev xuntası kimi bizə əlcək atır.
Və biz bu siyasətin axırının necə olacağını bilirik. Azərbaycanda talış amili,
ləzgi amili var. Bir çox digər amillər də var ki, Azərbaycan hələ onların
ciddiliyini dərk etmir. Rusiyanın əlində həm dialoq, dost dilində, həm düşmən
dilində danışmaq üçün çox rıçaqlar var.
Yeri gəlmişkən mən heç kimi hədələmirəm.
Qarabağa gəldikdə hesab etmirəm ki, Rusiya hətta ən ekstremal vəziyyətdə onun
müstəqilliyini tanıyacaq. İndiki situasiya Rusiyaya daha uyğundur. Həqiqətdə
əgər Rusiya Azərbaycanla başqa dildə danışmaq istəsə Qarabağdan başqa bir çox
başqa amillər var. Hansı ki, Rusiya onları istənilən vaxt işə sala bilər. Sonda
Rusiyanın nəhayət Qarabağ rıçaqı da var və ən azından onu da istifadə edər.
Rusiya hələ Qarabağ məsələsindən istifadə etməyə tələsmir, ancaq bu amil
mövcuddur, bu hələlik atəş açmayan silahdır. Əgər Saakaşvili kimi antirusiya
siyasəti aparsalar onun nəticələrin də özünü göstərəcək. Əgər antirusiya
siyasəti aparmağa cəhd eləsə Ermənistana qarşı da bütün bu ssenarilər mümkündür.
Mən ermənilərə çox yaxşı münasibət
bəsləyirəm, azərbaycanlılara da yaxşı münasibətim var. Ancaq həqiqətdən incimək
lazım deyil. BMT Baş Assambleyasında ya bizi dəstəkləmək , ya neytral qalmaq
lazım idi. Əks halda bu bizə qarşı çağırışdır, elə bir vaxtda ki, Rusiya bir
çox məsələlərdə Azərbaycana kompromisə gedir. Belə hərəkət etmək lazım deyildi.
Bu cür situasiyada Rusiya üçün hər səs mühüm idi. Ermənistan səsvermədə özünü
sadiq dost kimi göstərdi, Azərbaycan isə bizi satdı. Bu da bizim tərəfimizdən
qiymətləndiriləcək. Biz susmalıyıqmı? Əlbəttə yox. Onlar özünüməhvə doğru
gedirlər.
- Bəs Rusiya niyə Dağlıq Qarabağın
müstəqilliyini tanımır və KTMT Ermənistan-Azərbaycan sərhədlərində baş verən
insidentlərə reaksiya vermir?
- Hesab edirəm ki, Qarabağın müstəqilliyini
tanımamaqla Rusiya Azərbaycanla diplomatik münasibətləri inkişaf etdirmək
imkanlarını saxlayır. Azərbaycan ciddi regional ölkədir, Rusiya ilə bir çox
tarixi, iqtisadi, geosiyasi əlaqələrlə bağlıdır. Qarabağı tanımamaqla Rusiya bu
əlaqələri saxlayır. Bununla Rusiya göstərir ki, münaqişə tərəfi deyil və
Qarabağın de-yure Azərbaycan ərazisi olsa da Ermənistana məxsus olduğunu qəbul
edir. Bununla da Rusiya de-fakto Ermənistanı dəstəkləyir və de-yure
Azərbaycanla razılaşır. Rusiya müstəqilliyi tanıya bilər. Ancaq bunun üçün
arqumentlər olmalıdır. Məsələn, azərbaycanlılar bizimlə bütün münasibətləri
korlasalar o zaman bu variant işə düşə bilər.
Qısa arayış: Aleksandr Qelyeviç Duqin
1962-ci ildə Moskvada anadan olub, ictimai xadim, filosof, politoloq və sosioloq
kimi tanınır. Duqin SSRİ Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU)
generalının ailəsində anadan olub. Onun atası Qeliy Duqin QRU-nun
general-leytenantı kimi xidmət edib. Duqinin siyasi fəaliyyəti Rusiyanın keçmiş
sovet respublikaları ilə inteqrasiyası yoluyla Avrasiya nəhənginin
yaradılmasıdır. Vladimir Putinin yenidən hakimiyyət başına qayıdarkən özünün
fəaliyyət proqramı kimi təqdim etdiyi və «yeni SSRİ ideyası» adlandırılan
Avrasiya İttifaqı ideyasının müəllifi də məhz Duqindir.
A.Duqin 2001-ci ildə «Avrasiya» adlı
Ümumrusiya Siyasi Hərəkatının sədri olub. Daha sonra bu hərəkat partiyaya
çevrilib və Duqin onun siyasi şurasının sədri olub. 2003-cü ilin noyabrından
isə o, Beynəlxalq Avrasiya Hərəkatının liderinə çevrilib. 2008-ci ilin martından
hakim «Vahid Rusiya» partiyasının ideoloqudur. 2012-ci ilin martından Rusiya
Dövlət Dumasının sədri Sergey Narışkinin yanında ekspert-məsləhət şurasının
üzvüdür. Vladimir Putinin qatı tərəfdarı kimi tanınır, baxmayaraq ki, hökumətin
fəaliyyətini tənqid edir.
2008-ci ilin avqustunda Gürcüstanla
Rusiya arasında «beşgünlük müharibə» zamanı Duqin Rusiya rəhbərliyinin
fəaliyyətini dəstəkləyirdi və rus qoşunlarını Tiflisi tutmağa, orada Rusiyaya
sadiq rejim qurmağa çağırırdı. Duqin deyirdi ki, Rusiya qoşunlarının Tiflisin
həndəvərindən geri qayıtması hakimiyyətin ciddi səhvi idi.
Rusiyanın Krımı ilhaq etdiyi və Ukraynanın cənub-şərq regionlarını ələ keçirmək üzrə olduğu bir vaxtda Duqin kimi Kreml ideoloqlarının Azərbaycana qarşı təhdid çıxışları düşündürücüdür. Görünür təsadüfi deyil ki, bu mərhələdə Vladimir Jirinovski və Kremlin imperiya ambisiyalarının digər ideoloqları çox fəallaşıblar. (virtualaz.org)