«Azərbaycan Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilir»
İlham Əliyev: «İnkişafımız sabitliyin təmin olunması nəticəsində əldə edilib»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
«Biz təhlükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir».
Bu sözləri prezident İlham Əliyev mayın 21-i Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında çıxış edərkən deyib.
Vaxt.az »Media forum»a istinadla bildirir ki, prezident İlham Əliyev Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəklədiyini vurğulayıb: «Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub.
Bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon Ermənistan tərəfindən işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədiblər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb.
Beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Mən həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə üzv olan dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm.
ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır».
Daha sonra İlham Əliyev deyib ki, münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir: «İqtisadiyyatımız 3 dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5.3 faizə düşüb. Bu inkişaf Azərbaycanda sabitliyin təmin olunması nəticəsində əldə edilib. Eyni zamanda, bu nailiyyətlər sabitliyi daha da möhkəmləndirir.
Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilib.
Ölkəmizin neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük perspektivləri var.
Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək, iki qitənin nəqliyyat təhlükəsizliyində vacib rol oynamağa başlayır. Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırıb. 2003-2014-cü illər ərzində ölkənin nəqliyyat sahəsinə 21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik sektoruna 1,3 milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları vəsait qoyulub.
Azərbaycan Xəzər dənizində ən böyük limanı inşa edir. Bakı yaxınlığında tikilən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı yük daşımalarının birinci mərhələdə 10 milyon tona, ikinci mərhələdə isə 20 milyon tonadək artırılmasına imkan verəcək. Bu ilin aprel ayında Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı da açılıb. Biz həmçinin tarixi İpək Yolunun bərpasına töhfə veririk. Maliyyə yükünün böyük hissəsini Azərbaycanın öz üzərinə götürdüyü Bakı-Tbilisi-Qars dəmiryolu gələn ilin əvvəlində istismara veriləcək. Bu, Asiya ilə Avropanı birləşdirən ən rahat və qısa yol olacaq. Azərbaycanın orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən tranzit optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə verdiyi töhfədir».
***
14:44
Mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan üçün önəmli müddəalar əksini tapıb.
Vaxt.az AzərTAc-a istinadən bildirir ki, Bəyannamənin 1.3-cü bəndində deyilir: «Biz təsdiq edirik ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcəkdir. BMT Nizamnaməsinə əsasən BMT Təhlükəsizlik Şurasının əsas öhdəliyinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması olduğunu nəzərə alaraq vurğulayırıq ki, sülhün və sabitliyin qorunması üçün heç bir dövlətin, dövlətlər qrupunun və ya təşkilatın müstəsna məsuliyyəti ola bilməz».
Sənədin 1.4-cü bəndində bildirilir: «BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən biz bir daha bir-birimizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət etdiyimizi, BMT-nin Nizamnaməsində əks olunmuş prinsip və məqsədlərlə ziddiyyət təşkil edən, beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəyimizi; münaqişələri sülh yolu ilə həll etməyi; dövlətlərin daxili işlərinə müdaxilə etməməyi; legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməməyi; BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən insanların bərabər hüquqlarına və öz müqəddəratını təyin etməsinə hörmət etməyi; irqi, cinsi, dil və dini zəmində hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyi; iqtisadi, sosial, mədəni və humanitar xarakter daşıyan beynəlxalq problemlərin həllində beynəlxalq səviyyədə əməkdaşlıq etməyi təsdiq edirik. Biz, həmçinin beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik».
Bəyannamənin 2.4-cü bəndində deyilir: «Biz separatizmin və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə təhlükə olduğunu vurğulayırıq. Biz digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkatları və qurumları dəstəkləməyəcəyik. Biz, həmçinin qətiyyətlə bildiririk ki, ərazilərimiz hər hansı separatçı hərəkatlar və qurumlar tərəfindən istifadə olunmayacaqdır. Biz separatçılarla istənilən növ münasibət və ünsiyyət yaratmayacağıq».
Şanxay Bəyannaməsinin 2.6-cı bəndində vurğulanır: «Biz təsdiq edirik ki, enerji təhlükəsizliyi milli, regional və qlobal səviyyələrdə dayanıqlı inkişafa və bütün ölkələrdə insanların rifahına birbaşa təsir edir. Biz bütün ölkələrin, xüsusilə də inkişaf etməkdə olan ölkələrin müxtəlif milli prioritetlərini və ehtiyaclarını nəzərə alaraq «Rio-20»nin yekun nəticəsində qeyd olunduğu kimi, dayanıqlı inkişafın təmini və yoxsulluğun aradan qaldırılması konsepsiyasına uyğun olaraq üzərimizə enerji təhlükəsizliyini daha da inkişaf etdirmək və gücləndirmək öhdəliyini götürürük. Əminik ki, enerji ehtiyatlarının və onların çatdırılması marşrutlarının şaxələndirilməsi beynəlxalq enerji bazarlarının rəqabətliliyini artıracaqdır. Beynəlxalq birlik «ümumi, lakin fərqli məsuliyyətlər» prinsipi əsasında xüsusilə inkişaf etməkdə olan ölkələrdə qarşılıqlı fayda verən əməkdaşlıq və inkişafın şaxələndirilmiş formalarını özündə ehtiva edən iqtisadiyyatın və sosial inkişafın dəstəklənməsi məqsədini güdən enerji təhlükəsizliyini daha da inkişaf etdirməli və gücləndirməlidir. Ölkələr qabaqcıl enerji texnologiyalarının, o cümlədən yeraltı sərvətlərin tədqiqi və inkişafını sürətləndirməli, birgə infrastruktur layihələrini hazırlamaq üçün zəruri tədbirlər görməli və məhsuldarlığın artırılmasına yönəlmiş investisiyaların lazımi səviyyədə yatırılmasını təmin etməli, habelə iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təmiz enerji ehtiyatlarını ciddi inkişaf etdirməlidir».
Sənədin 2.7-ci bəndində bildirilir: «Biz regional bağlılığın, xüsusilə də inteqrasiya olunmuş və rəqabətli nəqliyyat və logistika sistemlərinin inkişafı üzrə birgə səylərin üzv dövlətlər arasında ticarət imkanlarının daha səmərəli istifadə olunmasına gətirib çıxaracağına kömək edəcəyini və dayanıqlı iqtisadi inkişafın məqsədinə xidmət edəcək regional və beynəlxalq nəqliyyat və tranzit əməkdaşlığını sürətləndirəcəyini vurğulayırıq».
Bəyanamənin 3.5-ci bəndində isə deyilir: «Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk Qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq».
***
12:05
Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısı keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev zirvə yoplantısında iştirak edib.
Vaxt.az AzərTAc-a istinadən bildirir zirvə toplantısı dövlət və hökumət başçılarının Şanxay Ekspo Mərkəzində qarşılanma mərasimi ilə başlayıb.
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısının birinci iclası keçirilib.
ÇXR sədri Si Cinpin dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıb. O bildirib ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq iştirakçı ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır.
Si Cinpin müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini bildirib, Qətərin və Banqladeşin müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırıb. O, zirvə toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğulayıb.
Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə bildirib ki, bu müşavirə 4 milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxunub. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırıb.
Azərbaycan prezidenti İlham Əliyev də iclasda çıxış edib.
«Sülh, sabitlik və əməkdaşlıq yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi» mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb. Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 24 üzvü var.
Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edilib.