vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
KRİMİNAL, CİNAYƏT  
16:38 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 2424 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lotu Quli»nin qardaşı tutuldu

Namiq Səlifov türkiyəli polisin qətlində şübhəli bilinir

MÖVZU İLƏ ƏLAQƏLİ

Edirnədə «qanuni oğrular»ın toplantısı zamanı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmağın öldürülməsinin bəzi təfərrüatları məlum olub.


Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə ilə bağlı saxlanan şəxslərdən biri cinayətkar aləmdə «Lotu Quli» ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiqdir.

Əski İstanbul prospektindəki otellərdən birinin dayanacağında baş verən atışmada bir tərəfdən «Rıjiy Albert» və «Zaur Naxçıvanskiy» ləqəbli avtoritetlər, digər tərəfdən isə Namiq, «Lyoxa İrkutskiy», «Beso Rustavskiy» ləqəbli «qanuni oğrular» iştirak ediblər.

Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün «Alber Rıjiy»I Türkiyəyə «sxodka»ya çağırıb. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək «Beso» və «Lyoxa»nı qiyabi olaraq totullarından məhrum edib. Bundan sonra «qanuni oğrular» Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər.

Albert əvvəlcə Yunanıstana, sonra Misirə gələcəyini vəd etsə də dediyi ünvanlara getməyib. Opponentləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert «Düşmənimin (Quli) düşməni (Rövşən) mənim dostumdur» prinsipi ilə kömək üçün «Rövşən Lənkəranski»yə müraciət edib və Rövşən kömək göstərməyə razılıq verib.

Albert Edirnəyə «Rövşən Lənkəranski»nin ad verdiyi Zaurla gedib. Edirnədə onları «Beso», «Lyoxa» və Namiq qarşılayıb. Onlar dərhal Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq «qanuni oğru» olmadığı élan edilib və döyülüb. Şahidlər Albertin kömək üçün polis çağırdığını bildiriblər.

Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olduğu müəyyənləşib. Rusiya mətbuatı «Albert Rıjiy»in fürsətdən istifadə edərək hadisə yerindən qaçdığını yazır.

Qeyd edək ki, hadisə ilə bağlı Ədirnədə 7, Təkirdağın Çorlu rayonunda 6 və İstanbul Şişlidə 1 nəfər olmaqla ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. «Haber3»ün məlumatına görə, Hüseyn İmrakı vuran Azərbaycan əsilli şübhəli şəxs isə axtarışdadır (APA).