vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QƏZA, FACİƏ  
09:12 | 15 iyun 2014 | Bazar Məqaləyə 1359 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəkidə «KamAZ» aşdı

FHN xilasediciləri sürücünü xilas edib

Vaxt.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qurumun «112» qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küncüt kəndində (rayon mərkəzindən 25 km aralı) «KamAZ» markalı yük avtomobilinin yolun kənarına aşması barədə məlumat daxil olub.


Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetmədən çıxaraq aşan avtomobilin içərisində 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:15-də başa çatıb.