Soydaşımız Türkiyədə prezidentliyə namizəddir
Ekmaləddin İhsanoğlunun ulu babaları Türkiyəyə Şamaxıdan köçüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Effektiv zərbə”
Türkiyə Əsəd qüvvələrini vurdu
-
“TAP-ı işə salmağa hazırıq, amma...”
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
-
“… Ümumavropa layihəsidir”
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
-
“Moskva bilir ki, …”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
-
“Türkiyə ən ucuz qazı TANAP-dan alacaq”
12 iyunda böyük açılış gözlənilir
-
Rusiya-Türkiyə anlaşması «qırmızı qızıl»ı «vurdu»
Natiq Cəfərli: ««Pomidor razılaşması» Azərbaycanın ixracatına mənfi təsir göstərəcək»
-
«4 türk deputatın əleyhimizə olması bizi incitdi»
Əli Həsənov: «Bu kimi halların olmamasını istərdik»
-
... Qarabağ və Türkmənistan
Ərdoğandan Putinə iki təklif ...
-
«Biz onunla bu məsələni müzakirə edəcəyik»
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi
-
Ərdoğanın maaşı artırılır
Fəaliyyətdə olan prezidentdə 1010, sabiqlərdə isə 616 dollar ...
-
Putinin iki istəyi vardı
Ərdoğan hər ikisini təmin etdi
-
Bağlı qapılar arxasında nə müzakirə edildi?
Putin və Ərdoğan ən vacib problem barədə qərar verib
-
Suriyanı parçalayırlar
Türkiyə nə etməlidir?
-
BTQ-nin tikintisində bədbəxt hadisə
Tunel hissədə çökən beton qəlibin üçması 1 nəfəri öldürüb, 2-sini yaralayıb
-
«Tatar çölündə qalan ümidlər»
-
Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmaləddin İhsanoğlu əslən azərbaycanlı imiş. Publika.az-ın apardığı araşdırmadan məlum olub ki, İhsanoğlunun ulu babaları Şirvanda yaşayıblar.
Azərbaycana səfər edən zaman o, Şamaxıya gedərək ulu babalarının məzarını da ziyarət etmişdi. Yerli telekanallara müsahibəsində Şirvan əsilli olduğunu deyib. İhsanoğlunun nəsli XVIII əsrdə Səfəvi-Osmanlı çəkişmələri zamanı Şirvandan Yozqata mühacirət ediblər.
Babasının doğulduğu Yozqat türkmənlərin sıx yaşadığı yerdir. Zülqədərlu (osmanlıca Dulkadaroğulları) elatının məskunlaşdığı vilayətdir. Zülqədərlular əslən cənubi azərbaycanlı sayılırlar. Daha sonra babası Yozqatdan Rodos adasına köçüb. Rodos işğalından sonra Türkiyədəki «şapka qanunu» üzündən Türkiyəyə deyil, Misirə köç ediblər. Misirdə türkoğlu deyilən türkəsilli elita ilə yaxın olublar.
E.İhsanoğlu 70-ci ilə kimi Misir vətəndaşı olub. Qahirədə və İngiltərədə təhsil alıb. Misirdə Osmanlı tarixini tədris və tədqiq edib. 70-ci ildən Türkiyəyə köçüb. 25 ildir İslam Əməkdaşlıq Təşkilatında çalışıb, qurumun baş katibi də olub. İƏT-in baş katibi olanda Azərbaycana sıx-sıx səfər edib, Heydər Əliyev Fondu, XİN və digər qurumlarla birgə tədbirlər keçirib.
İhsanoğlunu Türkiyədə sevməyənlər də var. Millətçilər onun Misirdə doğulduğunu, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrinə görə qəbul etmirlər. Hətta bəzi millətçi qəzetləri onu «Vahid namizəd Sisi» deyə təqdim edirlər.