Bağlı qapılar arxasında nə müzakirə edildi?
Putin və Ərdoğan ən vacib problem barədə qərar verib
Darya QREVÇOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
Putin və Ərdoğan arasında görüş qapalı formatda keçirildi, buna görə də biz müzakirə olunan məsələləri yalnız təxmin edə bilərik. Mühüm qapalı danışıqlar barədə tərəflərin hansı razılığa gəldiyinə dair dəqiq məlumat isə hələ ki yoxdur.
Müzakirə olunacaq bir neçə mövzu vardı. Onlardan əsasları Suriya və Rusiya-Türkiyə münasibətləri idi. Suriyaya dair Rusiya və Türkiyə arasında qarşılıqlı əlaqələr mövcuddur. Astanada Rusiya, İran və Türkiyənin qarantiyası ilə danışıqlar keçirilir. Türkiyə Rusiya ilə razılaşmadan Suriya ərazisinin bir hissəsini işğal edə və kürd anklavını iki hissəyə ayıra bilməzdi. Türkiyənin köməyi olmadan isə Suriya ordusu Hələbi belə asanlıqla tuta bilməzdi. Mahiyyət etibarilə Türkiyənin göstərişi ilə bir sıra cihadçı bölmələri döyüşmədən Hələbdən çıxdı və bununla da işğalı asanlaşdırmış oldular.
Hazırda Deyr-əz-Zora əməliyyatı başa çatır. Görünən odur ki, Əsəd ən yaxın zamanda böyük önəm daşıyan bu regionu ələ keçirəcək. Suriya neftinin payının çox hissəsi bura düşür.
Əvvəl neft vasitəçilərlə Deyr-əz-Zoradan Türkiyəyə satılırdı. Ancaq Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonra Rusiya aviasiyası Deyr-əz-Zoradan Türkiyəyə nəql olunan neftin bütün yollarını dağıtdı. İndi Əsəd türk neftini özünə götürəcək.
Ən əsası isə indi İŞİD-in mövcudiyyətinin son günlərinin olduğunu müşayiət edirik. Görünür onu ən yaxın zamanda məğlub edəcəklər. Sonuncu iki ocaq Raqqa və Deyr-əz-Zora idi. Raqqanı amerikalıların köməyi ilə kürdlər, Deyr-əz-Zoranı isə Rusiyanın yardımı ilə Suriya ordusu tutacaq.
Sonra nə baş verəcək? Ya sülh prosesi ya da ki (hansı ki, heç də istisna edilmir) İŞİD-lə döyüşənlər bir-biri ilə döyüşəcək. Putinlə Ərdoğan bax bu ən vacib problem barədə qərar verib.
İndi orada bir neçə mühüm oyunçu var. Bu Suriya ordusu, amerikalılara arxalanan kürdlər, Səudiyyə Ərəbistanı ilə Cəbhə-ən-Nüsrə, Qətərlə Əhrar Əş-Şam, və qismən də Türkiyə ilə türkyönümlü azad Suriya ordusu. Bunlardan əlavə Suriyada onlarla orta və yüzlərlə kiçik silahlı təşkilatlar fəaliyyət göstərir. Gələcəkdə onlardan hansının Suriya parlamentinə buraxılacağı, hansınınsa məhv edilməli olduğu barədə mütləq qərar verilməlidir. Böyük ehtimalla bu məsələ də danışıqlarda müzakirə edilib.
İkinci müzakirə mövzusu – ikitərəfli əlaqələrdir. Putin açıq şəkildə dedi ki, biz rus turistləri üçün türk kurortlarına yol açmışıq. Artıq 2,5 milyon rus gəlib. Nəzərə almaq lazımdır ki, bu xoşməramlı bir jest idi çünki, Türkiyədə təhlükəsizliklə bağlı vəziyyət idealdan çox uzaqdır. Bundan başqa Rusiya Türkiyə kənd təsərrüfatı məhsullarına qoyduğu demək olar ki, bütün məhdudiyyətləri götürüb.
Əvəzində Rusiya rus kənd təsərrüfatı məhsullarının (ilk növbədə yağın) Türkiyə bazarına buraxılmasını tələb edir.
İqtisadi əlaqələrdə ikinci vacib istiqamət Türkiyə axınıdır. Hələ ki, birinci xətt tikilir, lakin gələcəkdə dördünün açılışını reallaşdırmaq mümkündür. Daha bir mühüm layihə - «Akkuyu» AES-dır. Bu təkcə atom stansiyası deyil, bu Rusiyanın Türkiyə üçün yaratdığı atom stansiyalarının atom sənayesi ilə birlikdə kaskadıdır.
Daha bir istiqamət hərbi-texniki əməkdaşlıqdır, xüsusilə «S-400» zenit-raket kompleksləri qeyd olunmalıdır. Rusiya NATO-nun qarşı çıxdığı bu yeni sistemi verir və bu məsələdə də ölkələrimizin liderlərinin ciddi müzakirəsinə ehtiyac var.
Güman edirəm ki, danışıqlarda İraq Kürdüstanı məsələsi də müzakirə olunub. Türklər çox qorxur ki, zəncirvari reaksiya baş verər – İraq Kürdüstanı, Suriya Kürdüstanı daha sonra isə iş Türkiyə Kürdüstanına gedib çıxar.
Bu belə desək gündəmin əsas mövzusudur. İkinci dərəcəli məsələlər də var hansı ki, ola da bilər, olmaya da bilər.
Danışıqlar mövzusu Avropa Birliyi ilə münasibətlər də ola bilər. Həm Rusiya, həm də Türkiyənin bu münasibəti çox mürəkkəb və gərgin olduğu üçün onlar fəaliyyətlərini koordinasiya edə və bir-birini dəstəkləyərək danışıqlardakı mövqelərini xeyli möhkəmləndirə bilərlər.
Daha bir müzakirə olunma ehtimalı olan mövzu Dağlıq Qarabağ problemidir. Hələ ki, silahlı münaqişə orada dondurulub, lakin istənilən vaxt yenidən alovlana bilər çünki, danışıqlar ölü nöqtədədir. Vəziyyət kəskinləşəcəyi halda həm Türkiyə, həm də Rusiyanın birgə fəaliyyət planı olmalıdır.
Trampı da müzakirə edə bilərdilər. Putin və Ərdoğanın Trampa münasibətləri yaxşıdır, ona ümid bəsləyirlər. Lakin həm Trampın, həm Ərdoğanın, həm də Putinin düşmənləri Trampa müsbət xarici siyasətini yürütməyə imkan vermirlər. Putin və Ərdoğan ümumi düşmənlərinə qalib gəlmək üçün Trampa necə kömək etməyi də müzakirə edə bilərdilər.
Bu məsələlər Putin və Ərdoğan görüşündə müzakirə edilibmi, dəqiq bilinmir. İstənilən halda – bu hazırda gündəmdə duran mövzulardır.