vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
18:02 | 30 may 2018 | Çərşənbə Məqaləyə 3343 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Türkiyə ən ucuz qazı TANAP-dan alacaq”

12 iyunda böyük açılış gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin TANAP ilə alacağı qaz idxal etdiyi digər mənbələr arasında ən ucuz qaz olacaqdır. Vaxt.az xəbər verir ki, bunun "SOCAR Türkiyə" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

O, Türkiyənin hazırda “Şahdəniz-1”dən aldığı qazla TANAP vasitəsilə alacağı “Şahdəniz-2” qazının qiymətlərinin bir-birindən fərqli olduğunu bildirərək, "Boru Hatları ile Petrol Taşıma AŞ"nin (BOTAŞ) qaz qiymətləri təbii ki, kommersiya  sirridir, amma TANAP ilə alacağı qazın idxal etdiyi digər mənbələr arasında ən ucuz qaz olduğunu deyə bilərəm", - deyib.

Əliyev, 12 İyunda Əskişəhərdə rəsmi açılışı keçiriləcək TANAP ilə ilk kommersiya qazının 30 İyunda “Boru Hatları ile Petrol Taşıma AŞ”nin (BOTAŞ) sisteminə veriləcəyini və ilk il üçün 2 milyard kubmetr olan qaz həcminin 2020-ci ildən etibarən 6 milyard kubmetrə çatacağını vurğulayıb.

Əliyev, TANAP müqaviləsinin, təbii qaz qiymətinin Rusiyadan alınan qazdan daha ucuz olacağı barədə öhdəlik götürülərək imzalandığını qeyd edib.