
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
Türkiyə ilə Rusiya arasında buzlar əriyib və noyabrın 1-dən etibarən yenidən pomidor məsələsində razılıq əldə olunub. Artıq Türkiyənin «Agrobay» şirkəti Rusiyaya pomidor idxalına başlayıb. Şirkət rəhbəri bildirib ki, 2018-ci ilin may ayınadək 5 min ton pomidor Rusiyaya tədarük olunacaq.
Artıq Türkiyədən çıxan ilk pomidor yüklərinin Rusiyaya çatması Bakıda pomidorun ucuzlaşmasına səbəb olub.
Bəs, Türkiyə ilə Rusiyanın «pomidor» razılaşması Azərbaycan fermerlərinin durumuna necə təsir göstərəcək? Daxili bazarda qiymətlər hansı həddə qədər düşə bilər?
Bu suallara aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu gəlişmə Azərbaycanın Rusiyaya ixracatını zəiflədəcək: «Türkiyə ilə Rusiya arasında gərginlik yaşanandan sonra Azərbaycandan Türkiyəyə pomidor ixracatında 7 dəfə artım müşahidə olundu. Bunun təbii səbəbləri o idi ki, Rusiyada doğrudan da pomidora ciddi bir tələbat var idi. Çünki Türkiyə təqribən Rusiyanın tələbatının 30-35 faizini təmin edirdi. Birdən-birə Türkiyədən idxalın dayanması bütün ölkələrdən , o cümlədən Azərbaycandan pomidor ixracı artdı. Ancaq Rusiya tərəfindən iradlar var idi ki, bu qeyri-sağlam bira artımdır. Azərbaycanın ixracı birdən-birə 7 dəfə artması o demək idi ki, böyük ehtimalla Türkiyə pomidorlarının Azərbaycan üzərindən yerli məhsul adı ilə Rusiyaya ixrac olunurdu. Bunu hətta Rusiya prezidenti yanında müşavirədə rusiyalı məmurlar da dilə gətirmişdi. Bundan sonra bir neçə dəfə xoşagəlməz insidentlər baş verdi, Azərbaycan pomidorunu Rusiyaya buraxmadılar və geri qaytardılar. Son həftələrdə bu bir neçə dəfə təkrarlanıb. Həmin məhsullar yenidən Azərbaycan bazarına daxil olduğu üçün qiymətlərə də son günlər müəyyən təsir edib. Türkiyədən Rusiyaya pomidor ixracatında maneələrin aradan qaldırılması təbii ki, Azərbaycanın ixracatına mənfi təsir göstərəcək və Türkiyə pomidorlarının daha çox Rusiya bazarlarına daxil olması və sayılması Azərbaycanın ixracının azalmasına səbəb olacaq. Noyabr-dekabr aylarının rəsmi nəticələri elan olunanda biz bunu açıq-aşkar görəcəyik. Bu da Rusiya tərəfinə əlavə arqument verəcək ki, Türkiyə ilə birbaşa ticarət açıldı deyə, Türkiyə pomidorlarının Azərbaycan üzərindən ixracı azaldı».
İqtisadçının sözlərinə görə, prosesin yeganə müsbət cəhəti odur ki, Rusiya bazarına yerli pomidorların ixracı azaldıqca daxili bazarlarda qiymətlərə müsbət təsir göstərə bilər: «Bu ucuzlaşma da ola bilər, indiki qiymətlərin bir müddət qalması kimi də ola bilər. Ancaq Yeni il bayramı öncəsi bütün ərzaq məhsullar və kənd təsərrüfatı məhsullarında təəssüf ki, qiymət artımı olacaq».
İqtisadçı deyir ki, Azərbaycanın digər meyvə və tərəvəz növləri üzrə Rusiyaya ixracı da azala bilər: Türkiyənin Rusiyaya əsas ixracatı meyvə-tərəvəz idi. Demək olar ki, bizim ixracatla eyni kateqoriyaya aid olan məhsulların ixracatını həyata keçirirdik. Təbii ki, Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsi artdıqca və kənd təsərrüfatı məhsullarının daha çox Rusiya bazarına daxil olduqca, Azərbaycan məhsullarının ixracatında müəyyən azalma ola bilər. Çünki Türkiyənin istehsal həcmi ilə Azərbaycanın istehsal həcmi arasında yerlə göy qədər fərq var. Türkiyənin bir bölgəsi, məsələn Antalya Azərbaycanın tamamından daha çox məhsul istehsal edir. Bu həm Azərbaycanda məhsuldarlığın az olduğunu göstərir, həm də kənd təsərrüfatında istehsal sahələrinin az olmasına dəlalət edir. Bu da Azərbaycana əlavə stimul verməlidir ki, daha çox istehsal sahələri yaransın, məhsuldarlıq artırılsın. Bu yolla həm ölkə bazarlarına, həm də xarici bazarlara daha çox məhsul çıxartmağa nail olsun. Ancaq buna nə dərəcədə nail olunacağını demək çox çətindir. Çünki həm qiymətdə, həm də həcmdə Türkiyə ilə bu sahədə rəqabət aparmaq Azərbaycan fermerləri üçün çətin olacaq».