vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TÜRK DÜNYASI  
16:39 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 1468 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kənan Evrənə ömürlük həbs

Türkiyənin sabiq prezidentinə ən ağır cəza «12 sentyabr» hadisələrinə görə verildi

Vüsal TAĞI

MÖVZU İLƏ ƏLAQƏLİ

Respublika prokuroru təqsirləndirilən şəxslərin Türkiyə Cəza Qanununun (TCQ) 146-cı maddəsinə əsasən, ömürlük həbsə məhkum edilmələrini istəyib.


Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika prokuroru Ərdinc Hakan Özdabaqoğlu «12 sentyabr» məhkəmə prosesində təqsirləndirilən şəxslər Kənan Evrən, Tahsin Şahinqaya TCQ-nin 146-cı maddəsinə (dövlətin adamları əleyhinə cinayətlər) əsasən ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.

Ankara Ağır Cinayətlərə dair Məhkəmədə aparılan məhkəmə prosesində Özdabaqoğlu fikirlərini bu cür ifadə edib: «Təqsirləndirilən şəxslər çevriliş etməyə təxminən bir il əvvəl qərar veriblər. Və çevrilişin xalqın gözündə yaxşı görünməyi üçün müdaxilə etməyiblər».

Xatırladaq ki, Türkiyədə prezident Fəxri Qorutürkün hakimiyyəti illərində (1973-1980) ölkədə baş verən terror olaylarına görə və bütün bunların cinayətkarları tapılmadığı üçün Ali Baş Qərargah rəisi Kənan Evrən «hökumət ölkəni idarə edə bilmir» və «vətəndaş qırğını çıxa bilər» əsasları ilə çevriliş edərək hakimiyyətə gəlib. Nəticədə bir çox siyasi ideologiyaya sahib vətəndaş həbs edilib, işgəncə görüb və öldürülüb.