vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
09:59 | 4 iyun 2012 | Bazar ertəsi Məqaləyə 3907 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qalstuksuz narkoman»

Sədrəddin SOLTAN

İran hakimiyyətinin Azərbaycan Respublikasına qarşı cığallığı, qıcıqlandırıcı təbliğatı davam etməkdədir. Ötən gün «Tətbiqi Elmlər Universiteti tələbələri» adının arxasında gizlənən Tehran rəhbərliyi ölkəmizə qarşı heç özünün də anlamadığı məsələlərlə bağlı «məsləhət» verməyə çalışıb.

Kor tutduğunu buraxmadığı kimi, İran hakimiyyəti hələ də «Evrovisin»la bağlı təbliğat uduzduğu tezisin acısını həzm edə bilmir. Qeyd edək ki, islam respublikasının ideoloq və təbliğatçıları bu mahnı yarışması zamanı cinsi azlıqların paradının keçiriləcəyini durmadan söyləyirdilər. İş o yer çatmışdı ki, hakimiyyətin təbliğatçılarından biri, İranın ali rəhbəri ayətulla Xamneyinin Ərdəbil üzrə təmsilçisi höccətülislam Amili «Evrovision» yaraşmasının keçirilməsini «Allah qarşı savaş» da adlandırmışdı. Bu yarışma başa çatdı, heç bir parad keçirilmədi. Ancaq Tehran hakimiyyətinin təbliğat maşını Azərbaycana qarşı təzə mövzu tapa bilmədiyindən, «Evrovision» «saqqızını» çeynəməkdədir.
Tələbələr adından yazılan həmin məktubdan elə anlaşılır ki, guya İran İslam Respublikası bir cənnətdir və Azərbaycan Respublikası vətəndaşlarının bundan xəbəri yoxdur. Bir də Tehran özünü elə aparır ki, sanki bu ölkədəki bütün pozuntuların, narkomanlığın, əxlaq pozğunluğunun və s. belə ictimai problemlərin yaranmasının səbəbi də Quzey Azərbaycandadır. Guya İranda hasil olunan neftin pulları Ərdəbil, Germi, Mərənd və Güney Azərbaycanın başqa şəhərlərindəki, habelə Tehran, Xorasan və İranın digər yerlərindəki ac-yalavaclara paylanır.
Heç kimə sirr deyil ki İslam Respublikasına başçılıq edənlər bu pulları ayətulla Xomeyninin «islam inqilabının» ixracına, fars dili və ədəbiyyatının təbliğinə, çeşidli dövlətlərdə pozuculuq fəaliyyəti göstərən qrupların maliyyələşdirilməsinə və s. bu sayaq islamdan uzaq işlərə xərcləyir. Tehran hakimiyyəti təmsilçiləri, ideoloqları 30 ildən artıqdır belə «məsləhətləri» öz ölkəsinin insanlarına verir. Ancaq cəmiyyət özü doğru bildiyi yolla gedir. Çünki İslam Respublikası hakimiyyətinin dedikləri ilə əməlləri 33 ildir üst-üstə düşmür. Bu davranış isə ölkədə saxtakarlığın ayaq tutmasına səbəb olub. Bu baxımdan İranın ideoloq və təbliğatçılarına təbii bir sual yaranır: Azərbaycan cəmiyyətinə də bunu təlqin etmək istəyirsiniz? Quzey Azərbaycanı islam adı altında mövcud olan bir rejim gününə qoymaq üçün çalışırsınız?
Ən təəssüfləndirici hal odur ki, Tehran hakimiyyəti İran cəmiyyətinə, ölkə vətəndaşlarına «Qərb təsirlərindən qorunmaq» məqsədi ilə təzyiqləri artırdıqca, bu çərçivələri pozanların sayı artır. İslam Respublikasının ideoloqlarının ölkədə apardığı təbliğat öz vətəndaşlarına belə təsir göstərmir. Son illərdə İranın başqa yerlərində, özəlliklə Tehranda narkomanların sayının kəskin artması vətəndaşların ciddi rahatsızlığına səbəb olub. Bu hal gənc övladları olan valideynləri daha çox rahatsız edir.
Narkomanlar artıq polislərdən belə çəkinmədən şəhərin küçə və parklarında «ot-ələf» çəkirlər. Ölkə gündəlik tələbat malları bahalaşsa da, narkotik maddələr, özəlliklə tiryək ucuzlaşır. İran informasiya vasitələrinin məlumatına görə, sosioloqlar cəmiyyətdə narkomanların sayının gündən-günə artmasını daha çox yoxsulluq, eləcə də gənclərin işsizliyi, gələcəyə ümidsizliyi, perspektivsiz həyat sürməsi və maddi imkanı olmaması ucbatından vaxtında ailə həyatı qura bilməməsilə əlaqələndirirlər. Neftdən gələn pulları Tehran hakimiyyəti göyə sovurur, yaxın və uzaq dövlətlərdə pozuculuq fəaliyyəti üçün xərcləyir. İrandakı rejim yeni iş yerlərinin açılmasına, gənclərin evlə təmin edilməsinə və s. bu sayaq sosial problemlərin həllinə vəsait yönəltmir.
Prezident Mahmud Əhmədinejadın «yeni ailələr üçün mənzil» layihəsi təbliğatdan uzağa getmədi. Yeni qurulan ailələr iş yeri tapmaqda çox ciddi problemlə üzləşir. İnsanlar çıxış yolunu mühacirətdə görür. İslam Respublikasının vətəndaşları olduqları üçün etibarlılıq baxımından bu da onlara xaricdə müəyyən problemlər yaradır. Vətəndaşını narkoman etmiş Tehran hakimiyyəti elə zənn edir ki, qalstuku yasaqlamaqla ölkədəki bütün problemləri həll edəcək.
Yerli informasiya vasitələrinin məlumatında bildirilib ki, İran polisi geyim dükanlarının sahiblərinə xəbərdarlıq edərək, onlardan satışda olan qalstukları yığışdırmağı tələb edir. Polislər mağazalarda ardıcıl reydlər keçirir, qalstukları satışdan yığışdırır. Ölkədəki köynək istehsalçıları və topdansatış ittifaqına rəhbərlik edən Cavad Durudian qalstuk yasağının güclənməsi ilə bağlı jurnalistlərə deyib: “İran islam inqilabı baş verəndən qalstuk satışına qadağa qoyulsa da, bu qadağaya ciddi nəzarət edilmirdi. Vaxtaşırı bu məsələ gündəmə gəlir, polis də əlavə tədbirlər görürdü”.
Bəzi mənbələr xəbər verir ki, qalstuk yasağına baxmayaraq son illərdə İranın iri şəhərlərində, xüsusən paytaxt Tehranda qalstukdan istifadə edənlərin sayı artıb. Qadağaya toy şənliklərində riayət olunmaması, şənliyə qatılanların qalstuk bağlaması halları da çoxalıb.
Ölkədə tütün məhsullarından istifadəyə qarşı mübarizə qurumunun rəisi Məhəmmədrza Məscidi bu günlərdə jurnalistlərə açıqlamasında siqaret və sulu qəlyan çəkən qızların sayının artmasından danışıb. Onun sözlərinə görə, siqaret və sulu qəlyan çəkən qızların sayının gündən-günə artması cəmiyyətdə ciddi narahatlığa səbəb olub: “Çayxana yiyələri müştəriyə ilk növbədə sulu qəlyan təklif edir».
Onun sözlərinə görə, İranda siqaret çəkən yeniyetmələri yaş həddi 11-ə enib, ali təhsil ocaqlarına daxil olan qızların 3-4 faizə qədəri birinci kursda, 6-8 faizi sonuncu kurslarda siqaret çəkməyə başlayır. Rəis gənc qızların sulu qəlyan çəkmək kimi xoşagəlməz adətlərindən danışıb: «Ölkədə gənc qızların 28 faizi sulu qəlyan çəkir».
Bax, belə, İslam Respublikasının təbliğatçıları. Qonşuların baxın az daş atın, hərdən heç olmasa narkoman, ümidsiz, işsiz, bədbin etdiyiniz, həyatdan küskün hala saldığınız gənclərə, yeniyetmələrə, bir sözlə ölkə vətəndaşlarının durumuna da baxın…

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)