vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
PARTİYALAR  
08:14 | 3 iyul 2013 | Çərşənbə Məqaləyə 1740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Səs ala bilməyəcək”

YAP-dan sərt reaksiya: “Rüstəm İbrahimbəyov ən zəif halqadır”

ANAR, aznews.az

MÖVZU İLƏ ƏLAQƏLİ

“Yeni Azərbaycan Partiyasının Milli Şuranın seçkilərə hansı namizədlə getməsindən heç bir narahatlığı yoxdur. Biz Rüstəm İbrahimbəyovu ən zəif rəqib hesab edirik. Seçkilərdə iştirak edəcək namizədlər arasında ən az səsi də o yığacaq”.

Bu sözləri AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra aparatının sədr müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, R.İbrahimbəyovun Azərbaycan xalqı arasında nüfuzu yoxdur: “Rüstəm İbrahimbəyov Azərbaycan xalqından səs ala bilməyəcək. O, bizim namizədimiz cənab prezident İlham Əliyevin qarşısında dayanacaq ən zəif bənddir”.
M.Qurbanlının sözlərinə görə, Milli Şuranın R.İbrahimbəyovla bağlı yaratdığı ajiotaj da müvəqqətidir və sabun köpüyü kimi yoxa çıxacaq: “Bizim namizədimiz, onun gördüyü işlər Azərbaycan xalqına məlumdur. Bu baxımdan hesab edirəm ki, prezident İlham Əliyevin qarşısında çıxacaq bütün rəqiblər arasında ən zəif halqa məhz Rüstəm İbrahumbəyov olacaq”.
Qeyd edək ki, Milli Şuranın bugünkü sessiyasında qurumun sədri R.İbrahimbəyov müxalifətin vahid namizəd elan edildi.