vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
10:52 | 7 may 2022 | Şənbə Məqaləyə 1712 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Heydər Əliyev nə demişdi?

“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”

A.İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb. Bu qanunda Rus imperiyasını, SSRİ-ni yada salan hər şey silinir. Bakının 164 nömrəli orta məktəbində isə şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılaraq 9 may tədbiri keçirilir. İndiki dönəmdə bu axmaq hərəkət müstəqilliyimizə xəyanətdir.

Əgər biz həqiqətən müstəqil olmaq istəyiriksə Rus imperiyasını, SSRİ-ni yada salan hər şey Azərbaycanda da yaddaşlardan silinməlidir. Bu imperiyalar zamanı baş vermiş tarixi hadisələrin hamısı bizə gətirdiyi faciələrlə bir yerdə işıqlandırılmalıdır. Yaxınlaşan 9 may günü də Böyük vətən müharibəsi kimi yox, İkinci Dünya müharibəsi kimi təqdim olunmalıdır və hökmən faşizm üzərindəki qələbədə Bakı neftinin həlledici rolu artıq tədris proqramlarına salınmalıdır. Bunu dəqiq bilmək istəyənlər isə professor Çapay Sultanovun bu mövzuda yazdığı əsərləri oxumalı, onun iştirakı ilə xaricdə çəkilmiş filmləri izləməlidirlər. 

Bu mövzuda çox yazmaqdansa rəhmətlik Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki evində baş tutan məclisdə xatirələrindən danışırdı. Həmin tədbirdə Rüstəm müəllim bildirdi ki, təxminən 1995-ci il Moskvada yaşayan zamanı Müstəqil Dövlətlər Birliyinin Kinematoqrafiya İttifaqının təsis edilməsi barədə sənədi bir neçə görkəmli rus ziyalılarının xahişi ilə imzalayır. Bir gün sonra xanımı ona Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin onu telefona çağırdığını bildirir. Telefon danışığı zamanı rəhmətlik Heydər Əliyev hal-əhval tutduqdan sonra soruşur ki, o, MDB ilə bağlı hər hansı sənədi imzalayıbmı? Rüstəm müəllim, müsbət cavab verən kimi bunun çox səhv addım olduğunu bildirib əlavə edir ki, biz SSRİ boyunduruğundan yenicə canımızı qurtarmışıq və bizi yenidən ora qaytarmaq istəyirlər. Ona görə də SSRİ-ni yada salan heç bir sənədə imza atmaq və bununla bağlı heç bir tədbirlərdə iştirak etmək lazım deyil. Həmin vaxtı ancaq Heydər Əliyevə olan hörmətindən onun dediyi kimi davransa da, sonralar bu addımın nə qədər uzaqgörən olduğunun şahidi olmuşdu.