«Hərbi yol istisna deyil»
İlham Əliyev: «Beynəlxalq ictimaiyyətə nəinki Qarabağ, həmçinin İrəvan xanlığı ilə bağlı həqiqətlərdən də danışmaq lazımdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
Rusiya Azərbaycanın müttəfiqidirmi?
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.
Prezident İlham Əliyev müşavirədə iştirak edib. Müşavirəni açan xarici işlər naziri Elmar Məmmədyarov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyasının Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması , beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələndiyini bildirib. Nazir diplomatik xidmət orqanları rəhbərlərinin son müşavirəsindən keçən müddət ərzində Xarici işlər nazirliyi sisteminin fəaliyyəti barədə məlumat verib.
Diqqətə çatdırıb ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi , 9 baş konsulluğu, 7 təmsilçilik ofisi, və 7 fəxri konsulluğu fəaliyyət göstərir.
Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Xarici işlər naziri vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin prioritet məsələsi olaraq qalmaqdadır. Nazir əminliklə bildirib ki, dövlətimizin milli maraqlarının təmin olunması məqsədi güdən xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqədar verilən tapşırıqların icrasının layiqincə təmin edilməsi üçün diplomatik xidmət orqanlarının əməkdaşları səy və bacarıqlarını əsirgəməyəcəklər.
Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlət başçısı Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib. Bildirib ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb. Dövlət başçısı bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlət başçısı bildirib ki, bu, ölkəmizin qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir və ölkəmiz 2 il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə edib və bundan sonra da hər zaman müdafiə edəcək.
Beynəlxalq imicimizin çox müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə rolunu qeyd edib. Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyindən danışıb və qeyd edib ki, lakin bununla yanaşı Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc faktorunun əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Azərbaycan Prezidenti bu səbəbdən də ordu quruculuğumuzla bağlı aparılan ardıcıl siyasətimizin düzgün olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə geniş dünya ictimaiyyətinin Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan ərazisində 2-ci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək. Xarici siyasətimizlə bağlı əsas istiqamətlərdən danışarkən Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib.
Daima axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışıb və qeyd edib ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir. Avropa ölkələrinin ənənəvi tərəfdaşlarımız olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu söyləyib, Asiya ölkələri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirib. Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışıb, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd edib, enerji diplomatiyasındakı uğurlara da diqqəti çəkib, bu imkanların xarici siyasətimizə müsbət təsir göstərdiyini deyib. Bildirib ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti var və uğurlarımız buna əsaslanır. Azərbaycan prezidenti diplomatlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.