Dünya çempionundan sərt sözlər
Romario: «Braziliya futbolunu bu günə federasiyadakı korrupsionerlər və quldurlar qoyub»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnəklər və milyonlar
Braziliya inəkləri Azərbayana necə «gəlib çıxdı»…
-
90-cı il çempionluğu ilə builkinin fərqi
Futboldakı qələbə Almaniyanın qlobal liderliyinin rəmzidir
-
«Qötze Messidən daha yaxşıdır»
Maradona: «Lionel «Qızıl topa» layiq deyil»
-
Argentinada iğtişaşlar
Final məğlubiyyəti fanatların əsəblərini pozdu
-
Çempionun adı Almaniya
Finaldan sonra ən yaxşılar da məlum oldu, amma rekord qırılmadı
-
Almaniya-Argentina finalı
İngilislər kimə azarkeşlik edəcəklər?
-
Kim necə qarşılanıb?
Braziliyadan qayıdan komandaların üzvlərindən bəzisi evlərinə səsiz-səmirsiz, bəziləri isə ilk gün ümumiyyətlə gedə bilməyib...
-
24 il əvvəlin revanşı
Almaniyanın rəqibi Argentina oldu (tarixi fotolar)
-
Hollandiya tilsimi qırmaq yolunda
Argentina isə Braziliyanın qisasını Avropa klubundan almaq istəyəcək
-
Braziliya qarışdı...
Almaniya böyük hesablı məğlubiyyətdən hiddətlənən azarkeşlər iğtişaşlar törətdi
-
Neymara şərt qoydular
Braziliya Almaniyanı yenərsə finalda oynaya bilər, əgər ...
-
Davam edir mundial...
Daha qızğın, daha real ...
-
Rodrigesin seçimi
Kolumbiyalı Braziliyada başlatdığı fırtınanı İspaniyaya daşımaq istəyir
-
DÇ-2014-də şok!
6 futbolçuda dopinq tapıldı
-
«DÇ tarixinin ən yaşlısı» rekordu qırıla bilər
Qalatasarayın keçmiş oyunçusu adını mundiallar tarixinə yazdıra bilər
-
Futbol birləşdirir!
Dünya əhalisinin yarıdan çoxunun nəzərləri eyni saatda Braziliyaya zillənir
Əfsanəvi braziliyalı futbolçu Romario milli komandalarının DÇ-2014-ün yarımfinalında Almaniyaya tarixi məğlubiyyətinə görə ölkə Futbol Federasiyasını tənqid edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, DÇ-1994-ün qalibi bildirib ki, Braziliya futbolu son illər deqredasiyaya uğrayıb.
«Bizim sevimli idman növümüz dərin böhran içindədir. Siz elə bilirsiniz, bunun günahkarı Skolari və oyunçulardır? Yox! Mənə elə gəlir ki, həqiqəti deməyin zamanı çatıb. Braziliya futbolunun bu günə düşməsinin səbəbkarı federasiyayadakı korrupsionerlər və quldurlardır» – deyə Romario bəyan edib.
O bildirib ki, son dörd ildə dəfələrlə Braziliya futbolunda ciddi problemlər olduğunu deyib, amma buna əhəmiyyət verən olmayıb: «Bunlar boş, havaya deyilmiş sözlər kimi qəbul edildi. Bu korrupsionerlər bizim irsimizi, dəyərlərimizi, ən əsası da futbolçularımızı idarə edirlər. Başa düşmək lazımdır ki, futbol biznesdir və bundan çoxları şəxsi mənafeyi üçün istifadə edir».
Romario Braziliyanın prezidenti Dilma Rusefə müraciətlərinin də nəticəsiz qaldığını deyib: «O, məni heç vaxt dəstəkləmədi. Xanım Rusefdən bir neçə dəfə xahiş etdim ki, futbolumuzdakı problemə müdaxilə etsin. Nəticəsi olmadı. Korrupsiya klublarda da dərin kök salıb. Bütün bunlar bizim futbolu məhvə aparır. Almaniya millisi bizim komandanı darmadağın etdi. Nəticədə Braziliya millisi milyard dollara təmir edilmiş «Marakana»da final oynamaqdan məhrum oldu. Federasiyanın prezidenti futbolçulara dəstək olmaq istəyən Kafunu paltardəyişmə otağından qovur. Kafu dünya çempionu adını qazanmış Braziliya millisinin kapitanı olub. Bu da ona qoyulan hörmət. Amma bütün bunlar bizim indiki futbol sisteminə xasdır».