«Qötze Messidən daha yaxşıdır»
Maradona: «Lionel «Qızıl topa» layiq deyil»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tacsız kralların dueli
Messi-Ronaldo rəqabətinin zirvəsi – 600-cü qol
-
Messidən daha bir rekord
“Barselona”lı 7-ci dəfə ardıcıl ...
-
“Barselona” - ÇEMPİON!
İspaniya La Liqasının bitməsinə 3 tur qalmış
-
Öz toyunda oyna, Messi!
Bəlkə biz tərəflərdə bir az ucuzluq oldu...
-
90-cı il çempionluğu ilə builkinin fərqi
Futboldakı qələbə Almaniyanın qlobal liderliyinin rəmzidir
-
Argentinada iğtişaşlar
Final məğlubiyyəti fanatların əsəblərini pozdu
-
Çempionun adı Almaniya
Finaldan sonra ən yaxşılar da məlum oldu, amma rekord qırılmadı
-
Almaniya-Argentina finalı
İngilislər kimə azarkeşlik edəcəklər?
-
Kim necə qarşılanıb?
Braziliyadan qayıdan komandaların üzvlərindən bəzisi evlərinə səsiz-səmirsiz, bəziləri isə ilk gün ümumiyyətlə gedə bilməyib...
-
Dünya çempionundan sərt sözlər
Romario: «Braziliya futbolunu bu günə federasiyadakı korrupsionerlər qoyub»
-
24 il əvvəlin revanşı
Almaniyanın rəqibi Argentina oldu (tarixi fotolar)
-
Hollandiya tilsimi qırmaq yolunda
Argentina isə Braziliyanın qisasını Avropa klubundan almaq istəyəcək
-
Braziliya qarışdı...
Almaniya böyük hesablı məğlubiyyətdən hiddətlənən azarkeşlər iğtişaşlar törətdi
-
Neymara şərt qoydular
Braziliya Almaniyanı yenərsə finalda oynaya bilər, əgər ...
-
Davam edir mundial...
Daha qızğın, daha real ...
-
Rodrigesin seçimi
Kolumbiyalı Braziliyada başlatdığı fırtınanı İspaniyaya daşımaq istəyir
«DÇ-2014»ün finalında matçın yeganə qolunu vuraraq komandasına dünya kubokunu qazandıran Almaniya millisinin futbolçusu Mario Qötze Argentina üzərindəki qələbəni şərh edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, gənc futbolçu vurduğu qolla xəyallarını gerçəkləşdirdiyini bildirib:
«Komandamın qələbə qolunu vurduğum üçün çox sevinirəm. Həmin epizodda sadəcə topa vurdum və qol oldu. Xəyallarım gerçəkləşdi. Braziliyada qazandığımız bu uğura görə komandamla qürur duyuram».
Qeyd edək ki, finalda Qötzenin qolu sayəsində Argentinanı 1:0 hesabı
ilə məğlub edən Almaniya millisi tarixində dördüncü dəfə dünya çempionu olub.
«Sakit oynadıq»
«Böyük bir uğur əldə etdik. 120 dəqiqə ərzində komanda olaraq çox yaxşı oynadıq. Futbolçuların fərdi olaraq necə çıxış etməsi önəmli deyil. Çünki bizim yaxşı komandaya ehtiyacımız var».
Bu sözləri Almaniya millisinin kapitani Filip Lam «DÇ-2014»də Argentinaya qalib gələrək dünya kubokunu qazandıqları oyundan (1:0) sonra deyib.
O, dünya kubokunu
qazanmağa layiq olduqlarını bildirib: «Bu turnirin ən yaxşı komandası biz
olduq. Sonda şansın bizim tərəfdə olacağına inandığımız üçün sakit oynadıq».
Qeyd edək ki, Argentinaya 1:0 hesabı ilə qalib gələn Almaniya yığması 24 il
sonra yenidən dünya kubokunu başı üzərinə qaldırıb.
«Ona Messidən güclü olduğunu sübut etməsini söylədim»
Almaniya millisinin baş məşqçisi Yoahim Löv futbolçusu Mario Qötze haqda müsbət fikirlər səsləndirib.
Təcrübəli mütəxəssis Qötzenin Lionel Messidən yaxşı oyunçu olduğunu deyib:
«Qötzeni oyuna daxil edərkən ona bütün dünyaya Messidən güclü olduğunu sübut etməsini söylədim. O da qol vuraraq matçın taleyini həll etdi. Qötze hər mövqedə oynamağı bacaran futbolçudur. Hər an oyunda nəticəni dəyişdirə biləcək gücə sahibdir».
«Məyusuq!»
Argentina millisinin hücumçusu Lionel Messi «DÇ-2014»ün finalında məğlub olduqları Almaniya ilə oyundan sonra fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, «goal.com»a danışan Messi dünya kubokunu qazana bilmədiyi üçün çox məyus olduğunu bildirib:
«Argentina millisi uzun müddət idi ki, finala çıxa bilmirdi. Ancaq finalda oynadıq və bununla fəxr edə bilərik. Biz daha artığına layiq idik və məğlub olduğumuz üçün çox məyusuq. Hücumçularımız yaradılan qol epizodlarından istifadə edə bilmədilər. Dünya kubokunu qazanmadığımız və azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirik. Ola bilsin, almanlarla müqayisədə bir gün az istirahət etməyimiz də oyunumuza təsir göstərdi. Çünki belə turnirlərdə bu, böyük önəm daşıyır».
Qeyd edək ki, «DÇ-2014»ün finalında Almaniyaya 0:1 hesabı ilə uduzan Argentina millisi mundialın gümüş medallarına sahib çıxıb.
«Rodriqesi ən yaxşı hesab edirəm»
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmasının futbolçusu Lionel Messinin «DÇ-2014»ün «Qızıl top» mükafatını qazanmasına münasibət bildirib.
«Ole»yə danışan Maradona Messinin bu mükafata layiq olmadığını deyib:
«Marketinqlə məşğul olan insanlar
Messiyə qazana bilmədiyini hədiyyə etmək istədilər. Elə təəssürat yarandı ki,
heç onun özü də mükafatı almağa getmək istəmirdi.
Kolumbiya millisinin hücumçusu Xames Rodriqesi mundialın ən yaxşısı hesab
edirəm. Almanlar Argentinanı müdafiəçilər arasında yaranan anlaşılmazlıq
sayəsində məğlub etdilər. Onlar bizi üstələmədilər».