Müxalifətə qarşı ittihamlar aranı qatdı
AXCP və Müsavatdan Rəsul Quliyevə cavab gəldi
E.PAŞASOY, musavat.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Rəngli inqilab”ların köhnəlmiş ssenarisi
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
-
İnsanov niyə yalan danışır?
Biri onun qulağına pıçıldasın ki, ...
-
«1 milyon xərcləyib...»
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
-
AXCP-də daha bir mühacir skandalı
Mühacir jurnalist partiya üzvü olan gəncə qarşı dələduzluq edib; işin içində turizm şirkəti də var
-
Aygün Muradxanlıdan AXCP sədrinə müraciət
Əli Kərimlinin müşavirinin oğlu başda olmaqla partiya üzvləri məşhur jurnalisti təhdid və təhqir edib
-
«Bəlkə də qaytardılar»
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
-
Xəyanət və rəzalətin simvolu
Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirrlər
-
Kərimli üçün hər şey q(Q)ənimətdir
«Qədirbilən övlad» kimə təşəkkür etməlidir?
-
«Mən satqın deyiləm!»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
-
Arif Hacılının yalanı
Müsavatçılar necə aldadıldı?
-
Müsavat rəsmən parçalandı
Qubad İbadoğlu yeni hərəkat yaradıldığını bəyan etdi
-
Qardaşı İsa Qəmbərə qarşı
Rövşən Qəmbər: «Aprel ayında Qubad bəyin tərəfdarları ilə yeni partiya yaradacağıq»
-
«Onun sözü hökm deyil»
Vurğun Əyyub: «O zaman da Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə 3 səs artıq qazandı»
-
«Müsavatı qurban verdilər»
Daha bir hay-küylü istefa
-
İsa Qəmbəri çətinə salan sual
«Vicdanınıza və şərəfinizə and içərək...»
-
«Dəyərləndirəcəm...»
Qubad İbadoğlu: «... o barədə məlumatı bölüşəcəyik»
Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edib. Eks-spiker prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. R.Quliyev həmçinin qeyd edib ki, o, İctimai Palatada baş verən hadisələri ümumiyyətlə izləmir və bu, onun diqqət mərkəzində deyil.
R.Quliyevin bəyanatına münasibət bildirən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu musavat.com-a açıqlamasında bildirib ki, nəinki İsa Qəmbər və Əli Kərimli, hətta müxalifətin daha az tanınan nümayəndələri də azad və ədalətli seçkilərdə qalib gəlmək şansına malikdirlər. Onun sözlərinə görə, ədalətli seçkilərdə seçicilər hazırkı hakimiyyətin namizədinə səs verməyəcəklər. O ki qaldı hazırkı şəraitə, Tofiq Yaqublu hesab edir ki, belə vəziyyətdə hansısa alternativ namizədin qalib gəlməsi qeyri-mümkündür: «Normal seçki mübarizəsi üçün Azərbaycanda ciddi ictimai-siyasi dəyişiklik olmalıdır». Müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı polemikalara gəldikdə, Tofiq Yaqublunun fikrincə, bu statusa ən layiqli namizədlər İsa Qəmbər və Əli Kərimlidir. T.Yaqublu Rəsul Quliyevin guya nə vaxtsa müxalifət liderlərini «bir tavan altına toplamaq» səyləri ilə bağlı fikirlərinə də münasibət bildirib. Onun sözlərinə görə, R.Quliyevin belə səylərini xatırlamır. Əksinə, ACP lideri hər zaman müxalifət daxilində nifaq salmağa, mübariz insanları ruhdan salmağa yönələr bəyanatlar verib: «Onun çıxışları həmişə bədbin ruhda olub. Mən Rəsul bəyə məsləhət görərdim ki, Azərbaycana gəlməyə, ölkədə demokratik mühitin yaranmasına çalışsın, ruh düşkünlüyü yaratmağa yox».AXCP-nin sədr müavini Həsən Kərimov isə deyib ki, AXCP-nin arzusu müxalifətin daha geniş inteqrasiyasına nail olmaq və Azərbaycan müxalifətinin böyük kəsiminin bir yerdə olmasıdır: «Bir partiyanın lideri digər aparıcı, ana müxalifət partiyasının lideri haqqında fikirlər söyləyir. Rəsul Quliyevin nəzərinə bir şeyi çatdırmaq istərdim ki, Azərbaycanda seçkilərin taleyini o və ya digər partiya liderləri deyil, Azərbaycan xalqı həll edir. Rəsul Quliyev birləşmək istəmirsə, başqa iddiaları varsa, buna da normal yanaşıram. Bu, Rəsul Quliyevin öz seçimidir. Ancaq AXCP Azərbaycan xalqının dəstəyinə ümid bağlayır. Fəaliyyətimizi də xalqımızın dəstəyi üzərində qururuq. Üstüörtülü danışmağa ehtiyac yoxdur. Biz hansı məqsəd uğrunda mübarizə apardığımızı yaxşı bilirik. Rəsul Quliyevdən fərqli olaraq, AXCP lideri Əli Kərimlinin özü, partiyadaşları, qohumlarının hansı təzyiqlərə məruz qaldığını hamı bilir. Yaxşı olardı ki, Rəsul Quliyev üstüörtülü danışmaqdansa, əlində fakt varsa, qoy ortaya qoysun».
Müsavat başqanının müşaviri Yadigar Sadıqov isə teleqraf.com-a deyib ki, hər bir siyasi fiqur özünə və öz keçmişinə hörmət etməlidir: «Rəsul Quliyev gah Heydər Əliyevin sağ əli olur, sonra da Heydər Əliyevin müxalifətinə çevrilir. 2003-cü ildə İsa Qəmbəri dəstəkləyib, 2005-ci ildə İsa Qəmbər və Əli Kərimli ilə bir blokda olub. İndi də belə bəyanat verir. Bu bəyanatın həqiqiliyinə insanların çox kiçik faizi inanar. Rəsul Quliyev bu bəyanatla nə qədər savadsız, uzaqgörməz və dəmdəməki siyasi fiqur olduğunu göstərdi».
«Yeni Müsavat»a çatan məlumata görə, R.Quliyevin İP liderlərinə bu cür qəzəblənməsi səbəbsiz deyil. «Rəsul Quliyev gözləyirmiş ki, İctimai Palata dekabrın 19-20-də dağılacaq və bunun ardınca özünün boykot blokunu quracaq. Ancaq gözlədiyi tarixdə İP-in dağılmaması onu qəzəbləndirib» - deyə, mənbə bildirib. Bizə çatan başqa bir məlumata görə, ACP liderinin mövqeyi partiya sədri Sülhəddin Əkbərin də etirazına səbəb olub.
Elə S.Əkbərlə bu mövzuda danışarkən öncə «ACP liderinin mövqeyi sizin yürütdüyünüz xəttə uyğun deyil, bunu necə izah edirsiniz» deyə, sual etdik. ACP sədri cavabında bildirdi ki, partiya lideri ilə sədri arasında heç bir fikir ayrılığı yoxdur: «Partiyanın lideri ACP-nin siyasi xəttində də hər hansı bir fərqli fikir varsa, bunu açıq şəkildə deyib. Eyni zamanda demokrat dostlarımızın da mövqeyini tənqid edir və buna da normal yanaşmaq lazımdır. Bu tənqidlərin ortaya çıxmasının başlıca səbəbi məhz bu birliyin bu günə qədər alınmamasıdır. Seçkilərə artıq çox az bir vaxt qalır, ancaq biz qarşıya qoyduğumuz ilkin vəzifəni belə həll edə bilməmişik. Ölkədəki siyasi vəziyyətə bizim strateji baxışımız bundan ibarətdir ki, avtoritar rejimi demokratik rejimlə dəyişməyin yolu xalq hərəkatından keçir. Xalq hərəkatından öncə ölkədə kütləvi siyasi hərəkata ehtiyac var. Kütləvi siyasi hərəkata keçilməsi də ölkədə milli demokratik qüvvələrin birliyinin, geniş koalisiyasının formalaşdırılmasından keçir. Biz aylarla bu istiqamətdə iş aparsa da, çox təəssüf ki, bu günə qədər birliyə nail ola bilməmişik». ACP sədrinin sözlərinə görə, onların apardığı işlərin çox az bir hissəsi mətbuata çıxır: «Çünki biz bir çox görüşləri qeyri-rəsmi keçiririk. Dostlarımızın istəyi budur ki, bu görüşlər mətbuat üçün qapalı olsun. Amma təəssüf ki, indiyədək bu istiqamətdə birliyə nail ola bilməmişik. Biz istəyirdik ki, heç olmasa ilin sonuna qədər seçki mütəxəssislərinin və müstəqil hüquqşünasların hazırladığı memorandum imzalansın və Azərbaycanın demokratik qüvvələri heç olmasa özləri birləşə bilməsələr də, bu sənəd ətrafında birliyə nail olsun. Ancaq mənim məlumatıma görə, ilin sonuna qədər buna da nail olmaq mümkün olmayıb. Yəni bizim yaranmış vəziyyətdən narazılığımızın konseptual səbəbləri var. Biz özümüz də daxil olmaqla, müxalifətin birliyə nail olmamasını qəbul edə bilmirik. Çünki müxalifətin bir araya gəlməsi üçün obyektiv maneçilik yoxdur, ancaq subyektiv səbəblər var. May ayının sonundan, iyun ayından başlayaraq biz strateji birlik istiqamətində danışıqlar aparırıq. Bu danışıqlar da istədiyimiz nəticəyə gətirib çıxarmayıb. Bizim də vəziyyətdən narazılığımız bununla bağlıdır və mən bu narazılığı haqlı narazılıq hesab edirəm».