vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
14:24 | 8 yanvar 2015 | Cümə axşamı Məqaləyə 4055 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arif Hacılının yalanı

Müsavatçılar necə aldadıldı?

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Arif Hacılı Müsavat başqanı seçiləndən indiyədək partiya ətrafında narazılıqlar səngimək bilmir. Onun başqan seçilməsindən sonra Müsavat parçalanma xaosu ilə üz-üzə qaldı. Müsavatın Hikmət Hacızadə, Nəsib Nəsibli, Səxavət Əlisoy, Əlövsət Talışxanlı kimi tanınmış simalarının partiya sıralarından uzaqlaşması geniş müzakirələrə yol açmışdı.

Partiyadan gedənlərin tək etirazı İsa Qəmbər və onun sevimli kadrı Arif Hacılıya yönəlmişdi. Bütün bu etirazlardan, narazılıqlardan sonra Arif Hacılı ilə bağlı daha bir ilginc məlumat yayılıb.

Müsavatdakı mənbədən AzVision.az-a verilən məlumata görə, A.Hacılı bir neçə partiya üzvünə söz verərək onları Müsavatda rəhbər vəzifəyə təyin edəcəyinə əmin edib. Belə ki, A.Hacılı partiya sədri seçilmək üçün bir neçə nəfərə eyni vaxtda Məclis Sədrliyi vəzifəsini və başqan müavini vəzifəsini söz verib. Hacılının qurultaydan əvvəl verdiyi vədə əməl etməməsi partiyada etirazlara səbəb olub. 

«Arif Hacılının vəzifə söz verdiyi Müsavatçılardan biri də Sabir Məmmədlidir. Onun «Facebook» statuslarını izləsəniz görərsiniz ki, Arif Hacılıyla bağlı mövqeyi kəskin dəyişib. Onunla görüşənə qədər Məclis sədrliyinə namizəd idi və bu görüşdən sonra partiya sədrinə düşmən kəsildi» - deyə mənbə bildirib. 

Nüşabə Sadıxlının Məclis sədrliyinə seçilməsində də A.Hacılının xüsusi «əməyi» olub. Etirazçı müsavatçılar hesab edirlər ki, N.Sadıxlının siyasi potensialı Məclis sədrliyi üçün kifayət etmir. 

Onun Məclisə sədr seçilməyi də Hacılının proseslərə müdaxilə edə bilməməsi üçün lazım idi.

Məclisə sədr seçksinə Arif Hacılının təsir etdiyini deyən mənbə vurğulayıb ki, hazırda başqanın tərəfdarları arasında da qruplaşma mövcuddur. 

«Qrup anlayışı var və bugünkü Məclisdə səs çoxluğu onun tərəfdarlarındadır. Qurultayda da, rayon təşkilat sədrlərinin yarısını da belə seçdirdir».

Partiyanın keçmiş başqanı İsa Qəmbərin partiya daxilindəki intriqalara münasibətinə gəlincə isə onun heç bir reaksiya vermədiyi bildirilir:

«Reaksiya versəydi bu olaylar başdan olmazdı. Hamı özünün düz olduğunu və atdığı addımların da xeyirli olduğunu düşünür. İllər keçdikcə "xalqın gözü tərəzidir" ifadəsinin nə qədər doğru olduğu sübut olunur».