vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ƏDƏBİYYAT  
14:49 | 17 iyul 2013 | Çərşənbə Məqaləyə 3067 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aqşin Yenisey müdafiə etdi

“Əsəd Cahangir çayxana qeybəti edir”

virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ədəbi mühitdə Əsəd Cahangiri "tanısalar da", Emin Pirini tanıyan yoxdur. Bu adamların cütləşib, Kamal Abdullaya qarşı çıxmaları mənim üçün anlaşılmazdır. Bəlkə də ədəbi günvurma əlamətidir. Kamal Abdulla istedadına güvəndiyi bütün gəncləri oxuyur və hətta oxutdurur, onların bir çoxunu işə də götürür, çayxanalardan dartıb, universitet mühitinə gətirir”.

Bu sözləri AzNews.az-a açıqlamasında şair Aqşin Yenisey deyib. O, tanınmış yazıçı Kamal Abdulla ilə gənc şair Emin Piri və tənqidçi Əsəd Cahangir arasında yaşanan qalmaqalla bağlı fikirlərini bildirib.
A.Yenisey deyib ki, Ə.Cahangir və E.Pirinin K.Abdulla barəsində danışdıqları çayxana qeybətidir.
Qeyd edək ki, gənc şair Emin Piri Slavyan Universtitetinin rektoru, yazıçı Kamal Abdullanın onu ölümlə təhdid etdiyini iddia etmişdi.