vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
08:49 | 2 avqust 2019 | Cümə Məqaləyə 5142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Görərsiz nələr edəcəm”

Baş redaktorla rektorun vəkili arasında qalmaqal: “Onu vurmadığım üçün özümə nifrət edirəm”

SEVİNC

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın xural.com saytının baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddia əsasında məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmənin hazırlıq iclasında cavabdehlərdən Ə.Zeynallı və E.Baxşəliyeva bu işə Binəqədi Rayon Məhkəməsində baxılmasına etiraz edib.

“Məhkəmənin sədri Araz Kazımovun atası mərhum Nurəddin Kazımovla Kamal Abdullanın yaxşı münasibəti olub. Onun dəfn mərasiminin hazırlanmasında da yaxından iştirak edib. Universitetin həyətində danışanda deyib ki, bu iş Arazın köməyilə həll olunacaq”, - E.Baxşəliyeva belə deyib.

K.Abdulla özü məhkəməyə gəlməyib, onun nümayəndəsi kimi, vəkil Muxtar Mustafayev iştirak edib. O, iddiaya əlavələr edib. Məlum olub ki, K.Abdulla əvvəlki iddia ərizəsində göstərmədiyi, lakin özünə qarşı təhqir hesab etdiyi başqa müsahibə və yazıları da məhkəməyə təqdim edir. Ə.Zeynallı məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib: “Cavabdehlərdən Vüsalə Ağabəyli səhhətindəki problemlərlə əlaqədar ölkədə yoxdur, məhkəmədə iştirak etmir. Həm də biz heç əvvəlki iddia ərizəsini almamışdıq, indi yenilərini də verdi. Üçü birlikdə 60 səhifəyə yaxındır, biz tanış olmalıyıq”.

Hazırlıq iclasının təxirə salınması məsələsi müzakirə olunanda vəkil M.Mustafayevin “gözləyin, quzu balası kimi təkzib verəcəksiniz” deməsindən sonra prosesdə qalmaqal düşüb. Ə.Zeynallı ona məhkəmə qərarı olmadan əminliklə danışmasını irad tutub. Bundan sonra M.Mustafayev və Ə.Zeynallı bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Vəziyyətin əlbəyaxa dava həddinə çatdığını görən hakim Emin Əliyev M.Mustafayevi məhkəmə zalından çıxarıb.

Muxtar Mustafayev musavat.com-a açıqlamasında bildirdi ki, insidentə səbəb Ə.Zeynallının onun üstünə gəlməsi olub. Müsahibimizin sözlərinə görə, redaktor onun atasını təhqir edib: “Hər şey ondan başladı ki, məhkəmə işə baxır və onun olduğu yer üzrə tərəfləri prosesə çağırıb. Çağırış vərəqəsini də göndərib. Qəzetinin veb saytında ünvanı var, həmin ünvana göndərilib. Mətbuat Şurası “Xural” qəzetini reket qəzeti elan edib. İndi də bu sayt Kamal Abdulla haqqında ağzına gələni yazır, verilişlərində birtərəfli informasiyar verir. Deyir, “bildirişi almamışam. Mən müdafiə istəyirəm, vəkilim yoxdur”. Mən dedim, təmin edilsin. Hakim müşavirəyə getdi. Həmin vaxt ona dedim, “məhkəmə qanuni qərar çıxarsa, icra etməli olacaqsız. Məqsəd sizin maddi cərimələnməniz deyil. Sivil iş aparırıq”. Dedi, mən qərarı icra etməyəcəm. Mən dedim ki, məhkəmə təmin etsə, siz icra etməli olacaqsız. Əks halda cinayət məsuliyyətinə məruz qalacaqsız”.

M.Mustafayev iddia etdi ki, Ə.Zeynallı bundan sonra xoşagəlməz sözlər deyib və onu təhqir edib: “Şou göstərdilər. Durub öz yerindən üstümə gəldi, atamı təhqir etdi. Bir vergül də yalan danışmıram. Müdafiə üçün vaxt istəyirsə, vaxt verilsin dedim. Aramızda söz davası oldu. Şikayətçi olmayacam. Video qeydiyyat aparılmayıb. Yoxsa Əvəzin atama söyməyinə görə bağışlamıram. Mən onun müdafiə hüququnun təmin olunmasını istədim”.

Müsahibimiz sonda dedi ki, Ə.Zeynallını vurmadığı üçün özünə nifrət edir: “Gələn dəfə də bunu etsə, cavabını assimetrik alacaq”.

Ə.Zeynallı isə bildirdi ki, hər şey 20-30 adamın gözünün önündə olub. Onun sözlərinə görə, prosesin normal getməsi vəkilin maraqlarına uyğun deyildi: “Elə bil birdən-birə ona nəsə oldu. Gəldi ki, təkzib verməlisiz. Dedim, “məhkəmə bitməyib, onu məhkəmə qərarı müəyyənləşdirəcək”. Bu dəfə daha irəli gedərək dedi ki, “Təkzib verəcəksən. Özü də quzu balası kimi”. Sonra yenə etikadan kənar, tərbiyəsiz sözlər işlətdi. “Sənin ağzını skoçla bağlayaram” dedi. Adam özünü idarə edə bilmədi. Heç kimə yaraşmayan sözlər çıxdı ağzından. Nə dedisə, cavabını da aldı. Bəli, nə söyüş söydüsə, dedim, valideynindir, əcdadındır. Görün vəziyyət nə yerdə oldu ki, hakim bunu tutub sürüdü, aşağı saldı. Ordan da hədələdi: “görərsiz nələr edəcəm” dedi”.

Ə.Zeynallı bildirdi ki, bütün hadisələr jurnalistlərin gözü qarşısında baş verib. Salonda kameraların olduğunu xatırladan müsahibimizə görə, vəkil ilk dəqiqələrdə özünü normal aparsa da, sonradan qəfil, qeyri—adekvat şəkildə davranmağa başlayıb: “Hətta məhkəmənin əvvəlində dedi ki, qarşı tərəfin hazırlaşmasına etiraz etmirik. Amma sonradan nəsə oldu və belə davrandı. Nə deyib adekvat cavab olub. Hakim orda otura-otura deyir ki, “quzu balası kimi təkzib verəcəksən”. Məhkəmə çəkişməsi başlamayıb, amma bu adam deyir ki, təkzib verəcəksən, ağzını skoçla bağlayaram. Allahdan səbrimi saxladım”.

Müsahibimiz dedi ki, hadisə ilə bağlı Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırova müraciət edəcək. Müsahibimizin fikrincə, vəkil öyrədilmiş adama oxşayırdı: “Hər şey yaxşı gedəndə, birdən-birə dəli oldu. Ora Kamil Abdullanın adamları gəlmişdi. Onlar da təəccüblənmişdi. Mən özüm məhkəmə təcrübəsi olan adamam, nə qədər işlərdə iştirak etmişəm. Ömrümdə belə vəkil görməmişdim”.

Xatırladaq ki, proses avqustun 9 -a qalıb.