vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TÜRK DÜNYASI  
16:23 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 1727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qadın qəhqəhə ilə gülə bilməz»

Ərdoğanın müavinin bu sözləri qalmaqala səbəb olub

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qadın hər kəsin içində qəhqəhə ilə gülə bilməz». ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin baş nazirin köməkçisi Bülənt Arınç deyib. «İffət çox önəmlidir. İffət qadın, kişi üçün bir bəzəkdir. Qadın məhrəm naməhrəmi ayırmalıdır. Bütün hərəkətlərində diqqət çəkməyəcək, iffətini qoruyacaq».

Arınçın bu sözləri geniş müzakirəyə səbəb olub.

Prezidentliyə namizəd olan Ekmeleddin İhsanoğlu «Twitter» səhifəsindən nazir müavinin cavabını verib. «Qadınların gülməsinə və hər kəsin şən qəhqəhələrinin duyulmasına indi ölkəmizin hər şeydən çox ehtiyacı var».

«Independent» qəzeti Türkiyənin zamanında qadın haqları ilə bağlı daha demokratik olduğunu, lakin son zamanlarda bu sahədə bəzi dəyişiklər yaşandığını qeyd edib. «Amma uşaq gəlinlər, qadına qarşı şiddət Türkiyənin qadın haqları sahəsində geriləməsi ilə bağlı narahatlığa səbəb olur».