«Başın sağ olsun, Vətən!»
«Səkkiz hərbçimizin şəhid olması bir daha onu göstərdi ki, ...»
Məltəm TALIBZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qalanlarla yaşaya bilərik...
Şəhid övladları haqqında qərara yenidən baxılması zərurəti yaranıb
-
Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
-
Şəhidimiz var!
Əsgərimiz Cabbar Zeynalov sabah Saatlıda torpağa tapşırılacaq
-
Deputatlardan narahatlıq
«Uşaqların dini mərasimlərə cəlb edilməsi yolverilməzdir»
-
«Ermənilərə tutarlı cavab verildi»
BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olundu
-
Cənnətdə görüş...
... Yaxud ruhu 23 il əvvəl köçən cismin dəfni
-
Qanun layihəsi ilə bağlı toqquşan maraqlar
«Siqaret qadağası» onları üz-üzə qoydu
-
Şəhid atasının verdiyi təskinlik...
... və ya şirin Naxçıvan ləhcəsində yazılan acı həqiqətlər
-
Ordumuz daha bir şəhid verdi
Yaralı əsgər Əhmədovu xilas etmək mümkün olmayıb
-
Şəhidimiz torpağa tapşırıldı
Fikrət Bəşirov Astarada dəfn edilib
-
Şəhidimiz var
İgid Bəşirov namərd gülləsinə tuş gəlib
-
«Toz basmış məsələyə diqqət verən Roma Papası...»
Məlahət İbrahimqızı: «Avropa ölkələrində külli miqdarda korrupsiya faktı var»
-
Avropa Parlamentində hesabat
«Azərbaycanda qadınların səsvermə hüququ Belçika, Fransa və ABŞ kimi ölkələrdən əvvəl olub»
-
Ağdamın damları atəşə tutuldu
Əvvəlki günlərə baxanda səngimə var
-
«Türkiyə Azərbaycanın yanındadır»
«Bunu qoy dost-düşmən hər kəs bilsin»
-
7 ayda 68 hərbçimizi itirmişik
15 mulki şəxs isə düşmən gülləsindən yaralanıb
«Beynəlxalq təşkilatlar Leyla Yunus kimi xalqına, dövlətinə xəyanət edən birinin məsələsini qabartmaqla gündəmi dəyişmək istəyir. Halbuki Azərbaycan dövlətinə xəyanət etmiş məsələlər heç vaxt gündəmimizdə olmamalıdır».
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. Deputat şəhid övladlarımızın qanının yerdə qalmayacağını vurğulayıb və bu gün Azərbaycan Müdafiə Nazirliyinin məsələ ilə bağlı bəyanatına diqqət yönəldib: «Səkkiz hərbçimizin şəhid olması bir daha onu göstərdi ki, Azərbaycanın bir nömrəli problemi torpaqlarımızın işğaldan azad olunması məsələsidir. Bunun üçün hər birimiz torpaqlarımızın azad olunması yönündə üzərimizə düşən işi yerinə yetirməyi bacarmalıyıq».
M. İbrazhimqızı qeyd edib ki, atəşkəs olsa da, demək olar ki, vaxtaşırı şəhid veririk və bu da dözülməz haldır. «Hesab edirəm ki, artıq bunun da sonu olmalıdır. Əgər torpaqlar işğal altındadırsa, hər gün şəhid verilirsə, Azərbaycan dövlətinə xəyanət edənlərə Azərbaycanda yer olmamalıdır». O vurğulayıb ki, beynəlxalq təşkilatlar Azərbaycan xalqının qeydinə qalırlarsa, Azərbaycan insanlarının ermənilər tərəfindən pozulmuş hüquqlarını da diqqətə gətirilsin:
«Hər gün erməni gülləsinə tuş gələn mülki vətəndaşları, hərbiçilərimizi diqqətə gətirsinlər. Həqiqətən Azərbaycanın halına yanırlarsa, bu məsələni beynəlxalq müstəvidə müzakirə etsinlər». Deputat bir daha qeyd edib ki, bu gün Azərbaycanın bir nömrəli prioritet vəzifəsi Qarabağdır: «Hər gün Qarabağ, hər yer Qarabağ, hamı Qarabağ olmalıdır. Hər gün bu qədər şəhid verə bilmərik. Vətənimiz sağ olsun!»