vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
14:01 | 5 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 3117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmənin ön və arxa cəbhəsi hədəfdə

Artilleriya qüvvələrimiz erməni mövqelərini 1 anda məhv edə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən artilleriya hissələri döyüşə hazır vəziyyətə gətirilib. Azərbaycan Ordusunun cəbhədəki artilleriya divizionları tam hazır vəziyyətdə əmr gözləyir. Toplar, minaatanlar, reaktiv yaylım atəş sistemləri və özüyeriyən artilleriya sistemləri düşmənin cəbhə xəttinin birinci eşelondakı və arxadakı dayaq məntəqələrinə tuşlanmış vəziyyətdədir.

Artilleriyaçılar Ermənistan Ordusunun ön xətdəki möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələrinin, ərazidəki hərbi hissələrinin hədəfə götürüldüyünü bildiriblər.

«Artilleriya batareyalarımız öz döyüş mövqelərini tutub və hazır vəziyyətdədirlər. Bizim artilleriya sistemlərimiz Ermənistan Ordusunun cəbhənin uzaq dərinliyindəki obyektlərini məhv etmək imkanına və böyük dağıdıcı gücə malikdir», - deyə artilleriya zabiti bildirib.

Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə Tərtər istiqamətində ermənilərin həyata keçirməyə hazırlaşdıqları genişmiqyaslı diversiya-təxribat planının qarşısı alınmasında Azərbaycan tərəfi avtomatik minaatanların və D-30 toplarının atəşindən istifadə edib. Nəticədə ermənilərin müdafiə mövqeləri və arxa cəbhədəki toplaşma məntəqəsi dağıdılıb.