vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
13:49 | 11 iyun 2018 | Bazar ertəsi Məqaləyə 2450 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öldürülən erməni xüsusi təyinatlı olub?!

Düşmən Xocavənd istiqamətində itki verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün saat 18.00 radələrində qoşunların təmas xəttinin Xocavənd-Ağdam istiqamətində Ermənistan işğalçı birləşmələrinin bir hərbi qulluqçusu vurulub.

Erməni mənbələri xəbər verir ki, qondarma “dqr müdafiə nazirliyi” 1992-ci ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Vahan Yeloyanın ölümcül güllə yarası aldığını açıqlayıb. İnsidentin hansı şəraitdə baş verdiyi göstərilmir.

Virtualaz.org təxmin edir ki, Vahan Yeloyan xüsusi təyinatlı qüvvələrin döyüşçüsü ola bilər. Çünki bu günlərdə sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlılarının təmas xəttinin həmin istiqamətində ön xəttə çıxarıldığını əks etdirən foto yayılmışdı. İstisna deyil ki, düşmən qüvvələri təmas xəttinin bu istiqamətində hansısa təxribatlar planlaşdırır, yaxud mövqelərini irəli çəkməyə cəhd edir.