vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 13 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
«Bizim mətbuat xidmətimiz var» 23:04 | 23 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 3061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizim mətbuat xidmətimiz var»

Ermənistanın müdafiə naziri jurnalistlərdən qaçdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın müdafiə naziri Vigen Sərkisyan bu gün ölkə parlamentinin iclasında jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.

Erməni KİV-i xəbər verir ki, jurnalistlərin Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Cenevrədə baş tutan görüşdən sonra atəşkəs rejiminin pozulması və qurbanların olması barədə sualına cavab olaraq müdafiə naziri bildirib: «Bunun üçün mətbuat xidmətinə müraciət edin. Siz istəyirsiniz ki, bu insanlar işsiz qalsın? Onlara müraciət edin. Bizim mətbuat xidmətimiz var. Onlar sizin bütün sualları müzakirə edib, cavablandıracaqlar».

«Onda müdafiə naziri postu nəyə lazımdır» sualını isə Sərkisyan «Müvafiq siyasət aparmaq üçün», - deyə cavablandırıb. (azvision.az)