
Hansı gizli klubun üzvləridir?!
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana hərəkət etdi, internet və mobil telefon xidmətləri məhdudlaşdı
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
Ermənistan ordusunda xaos - nəinki əsgərlər, hətta zabitlər qaçır
Düşmən zabitləri qoçuluq edir, dedovşina baş alıb gedir
Ağdərə istiqamətində Ermənistan ordusunun azı üç hərbçisi öldü
2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan işğalçı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində yerləşən hərbi hissələrindən birindən 15 əsgəri tanklarla birlikdə rayonun kəndlərindən birinin xarabalıqlarına atıblar. Və il yarım ərzində həmin qrup başda kapitan rütbəli zabit olmaqla xarabalıqların arasında yaşayıblar və hərbi hissə üzü görməyiblər.
Virtualaz.org xəbər verir ki, bu haqda epress.am saytına qrupun tərkibində olan və artıq ordudan tərxis edilmiş əsgərin xalası danışıb. O, adını açıqlamayıb, eləcə də təhlükəsizliyə görə əsgərin kimliyini göstərməyib.
Həmin əsgər Ermənistanın Oktemberyan rayonundan xidmətə çağırılıb, 6 ay sonra Qarabağa, Cəbrayıl-Xocavənd istiqamətindəki hərbi hissələrdən birinə göndərilib. 10 gün sonra isə aprel döyüşləri başlayıb.
Aprelin 2-də bir qrup əsgəri hansısa kəndə aparıb atıblar və orada onlar tərxis olunana qədər saxlanılıb. “Həmin gün onu nə vaxtsa ələ keçirilmiş Azərbaycan kəndinə aparıblar, adını xatırlamıram, o il yarım həmin kənddə qalıb və hərbi hissəyə qayıtmayıb. Çünki hamı inanırdı ki, müharibə başlayacaq. Onlarla birlikdə hansısa kapitan olub. Tanklarda yatıblar, türkün (azərbaycanlı) evinin daşlarını söküb özlərinə evcik qurublar. Bir müddət orada yaşayıblar, çayda çimiblər. Evə qayıdanda deyirdi ki, il yarım ərzində elektrik lampası görməyiblər”, - qadın danışıb.
Əsgərlərin atıldığı kənd hərbi hissədən 3-4 saatlıq məsafədə yerləşirmiş və onların dalınca heç ərzaq da göndərən olmayıb. Əsgərin ailəsi hər ay ona ərzaq bağlaması göndərirmiş, sonra isə əsgər ərzaq almaq üçün ayda 5 min dram pul göndərmələrini istəyib. Pulu kapitanın və hansısa qadının bank hesabına köçürürlərmiş. Əsgərlərə verilən təlimat belə olub ki, kənddə gizlənsinlər və çalışıb ələ keçməsinlər.
Amma əsgər evə qayıdandan sonra hərbi hissə onu tankdan dizel oğurlayıb satmaqda ittiham edib və 15 min dram tələb edib. “Uşaqlar il yarım ərzində nə şəhərə gediblər, nə başqa adam üzü görüblər, heç kim də onların olduğu yerə gedə bilməzdi. Bəs necə olur ki, onlar yanacaq oğurlayıb satıblar. Kimə satıblar? Əsgəri soymaq nə deməkdir axı”, - deyə qadın sual edib.
Əsgərin xalası bu məsələ ilə bağlı “Facebook”da Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyandan soruşmaq istəyib, amma Ovanisyan dostluğunda olmayanlara cavab vermir və əsgərin qohumunun sualı cavabsız qalıb...