Karapetyanı “Qazprom” maliyyələşdirir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
13:55 | 19 fevral 2019 | Çərşənbə axşamı
Məqaləyə 2050 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistandan vacib Türkiyə həmləsi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Ermənistandakı Böyük Britaniya səfirliyinin himayəsi altında qeyri-formal gizli klub fəaliyyət göstərir və erməni elitasının bir çox nümayəndələri həmin klubun üzvlərdir.
Virtualaz.org xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanda nəşr edilən “168 saat” qəzetinə müsahibəsində çıxış edib.
“Biz qeyd etməliyik ki, əlimizdə olan məlumatlara görə indiki erməni elitasının bir sıra yüksək rütbəli məmurları Böyük Britaniya səfirliyinin nəzdindəki qeyri-formal klubun üzvləridir. Yeri gəlmişkən mən etibar etdiyim mənbələrə istinad edib deyə bilərəm ki, müdafiə naziri David Tonoyan və baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan, habelə indiki erməni istebleşmentinin digər nüfuzlu nümayəndələri həmin klubda yer alır”, - Korotçenko deyib.
Rusiyalı hərbi ekspert qeyd edib ki, həmin qeyri-formal klub Ermənistanın Rusiya ilə münasibətlərini özünün sonrakı siyasətinin strateji istiqaməti kimi nəzərdən keçirə bilməz. Ona görə də Rusiyada Ermənistanla münasibətlərin keyfiyyətini sözlərlə deyil, ancaq praktiki hərəkətlərlə qiymətləndirəcəklər.
“Beləliklə, hər şey İrəvandan asılıdır. Rusiya Ermənistanla münasibətləri bütün istiqamətlərdə dərinləşdirməkdə maraqlıdır, lakin Yerevanın eyni vaxtda iki stulda oturmaq cəhdini Moskvada aydın məsələdir ki, qəbul etməyəcəklər”-Korotçenko bildirib.
Ermənistan Müdafiə Nazirliyi isə Korotçenkonun dediklərini “sağlam düşüncədən uzaq fikirlər” adlandırıb. Nazirlikdə deyiblər ki, “sağlam düşüncə ilə ziddiyyət təşkil edən” bəyanatları şərh etmək fikrindən uzaqdırlar.