
Hansı gizli klubun üzvləridir?!
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana hərəkət etdi, internet və mobil telefon xidmətləri məhdudlaşdı
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
Ermənistan ordusunda xaos - nəinki əsgərlər, hətta zabitlər qaçır
Düşmən zabitləri qoçuluq edir, dedovşina baş alıb gedir
Ağdərə istiqamətində Ermənistan ordusunun azı üç hərbçisi öldü
Bu günlərdə polis cərgəsini keçərək Ermənistanın Hökumət evinin girişinə yaxınlaşa bilmiş qadın tələb edib ki, onun yeni dövlət başçısı Nikol Paşinyan qəbul etsin. Hakimiyyətin qanunsuzluqları və sadə vətəndaşların hüquqsuzluğu əleyhinə təkbaşına etiraz aksiyasından jurnalistlərin qeydə aldığı video sosial şəbəkələrdə yerləşdirilib.
Məlum olub ki, etiraz edən qadın – Arus Martirosyan Mardakertdə (Ağdərədə - red.) xidmət edən əsgərin anasıdır. Hökumət binasının qarşısında duraraq, o deyib ki, nəyə görəsə, oliqarx Qaqo Tsarukyanın əlaltıları onun ailəsini və oğlunu son həddə çatdırıblar.Onun üç uşağından birini məktəbdən qovublar, qızını isə institutdan xaric ediblər. Böyük oğlunu əsgərliyə Qarabağa yollayıblar və qarşı tərəfin gülləsindən ölmək təhlükəsi bir yana, əsgəri orada olmazın dərəcədə alçaldırlar.
“Mən hətta Mardakertə (Ağdərə) getdim və orda mağazaya işə düzəldim ki, oğluma yaxın olum, lakin ona heç nə ilə kömək edə bilmədim. Onu orada döyürlər və hətta öldürmək istəyiblər. Paşinyan, - qadın çığırır. – məni dinlə və aydınlaşdır ki, ailəmi artıq iki ildir ki, niyə hədəfə alıblar. Mühafizə rəisi Qaqo hədə-qorxu gəlirdi ki, məni məhv edəcək. Abovyan şəhərinin polisinə müraciət etdikdə isə mənə yalnız güldülər. Bəs hardadır qanun?! Bu ölkədə heç bir qanun yoxdur, sadə insanların hüquqları yoxdur. Adi həyatda qarışıqlıqdır, ordu isə bundan da pisdir – vəhşilik və cənayətkarlıq baş alıb gedir. Orada ancaq kasıbların uşaqları xidmət edir. Siz heç bu əclaf rəhbərlərin oğlu olan əsgər görmüşünüz? Paşinyan, bəlkə sən nəyisə dəyişəsən, kömək edəsən!”
Əlbəttə ki, Paşinyan vətəndaş Arus Martirosyanın çağırışı ilə küçəyə çıxmadı. Onu baş nazirin müşaviri Nairi Sərkisyan qəbul etdi. Onların söhbəti və görülmüş tədbirlər haqqında məlumat verilmir.