vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
23:31 | 10 avqust 2014 | Bazar Məqaləyə 1270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sandıqdan Ərdoğan çıxdı

Türkiyə baş naziri rəsmən prezident oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin 12-ci prezidentinin kimliyinə aydınlıq gəlib. ANS PRESS-in məlumatına görə, Türkiyədə keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən hazırkı baş nazir Rəcəb tayyib Ərdoğan 52,06 faiz səs toplayıb. Ərdoğanın əsas rəqibi Ekməllədin İhsanoğlu 38,27 faiz yığıb. Səlahəddin Dəmirdaş isə 9.68 faiz nəticə göstərə bilib. Son məlumatlara görə, Ərdoğana 20 milyon seçici səs verib.

***

 

22:22 

Türkiyədə səsvermə qutularının 85 faizi açılıb.

Qardaş ölkənin KİV-lərində gedən və dəyişən ortaq rəqəmlərə görə, baş nazir R.T. Ərdoğan 52 faizlə irəlidədir. Müxalifətin namizədi Ə. İhsanoğlu səslərin 38  faizdən də çoxunu yığıb. Kürdlərin namizədi Dəmirdaşın faizi isə hələlik 8 faizdir. Səslərin sayılması davam etdikcə, nəticələr də dəyişir. O baxımdan, qeyd edirik ki, bunlar hələlik ilkin nəticələrdir. Yekun nəticələr irəliləyən saatlarda elan ediləcək.

Müxalifət seçkilərdə total saxtalaşdırmaların olmasından şikayətçidir. CİHAN Haber Ajansının məlumatları isə xeyli fərqlidir. Onun məlumatına görə T. Ərdoğan 49 faizdən bir qədər artıq səs yığıb.

Seçkilərə seçicilərin qatılma faizi isə 77 faizdir.

Artıq AKP-lilər küçələrə çıxıblar və qələbə kutlamalarına başlayıblar. T. Ərdoğanın da İstanbulda, evinin qarşısına, Üsküdara çıxmasına dair görüntülər yayılıb. Onun Haliç Konqre Mərkəzinə getməsi gözlənilir.

 

***

 

19:09 

Bu gün yerli saatla 08:00-da başlayan 12-ci prezident seçkiləri 18:00-da başa çatıb.

2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.

Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab olunacaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.

Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı «Xalqların Demokrat Partiyası» (HDP) sədri Səlahəddin Dəmirdaşdır.

I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.

 

***

 

17:34 

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səsvermədə iştirak edib.

Məlumata görə, prezidentliyə namizəd olan Ərdoğan ölkədə keçirilən prezident seçkilərində seçici fəallığının yüksək olacağına ümidvar olduğunu bildirib.

Baş nazir qeyd edib ki, ölkədə keçirilən prezident seçkiləri Türkiyənin gələcəyi üçün çox önəmlidir.

Qeyd edək ki, 2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var.

Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam edəcək. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.

Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab olunacaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.

Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü keçmiş Barış və Demokratiya Partiyasının (BDP), hazırkı Xalqların Demokrat Partiyası (HDP) sədri Səlahəddin Dəmirdaşdır.

I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.