«Microsoft» İE-ni xilas etmək istəyir
Məşhur brauzerin adı dəyişdiriləcək?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
100 milyardı olan milyarder
«Qara Cümə»nin rekorda çatdırdığı Ceff Bezos «Amazon» şirkətini 22 il əvvəl Sitldəki evinin zirzəmisində yaratmışdı
-
21-ci əsrin yeni bəlası – piratçılığın sərhədləri niyə genişlənir?
Yeyib-içdiyimizdən tutmuş, dinlədiyimiz musiqiyə qədər əksər məhsullar oğurluq və saxtadır...
-
İnternetdə «nüvə silahından böyük təhlükə» satılır
Bill Qeyts: ««Qaraj alimləri» virusları yaya bilər»
-
«Oracle»ın Heraklı Bakıdaymış
Kamran Ağayev: «Dünyaya səs salacaq proqram hazırlayıram»
-
«Windows 9»un ilkin versiyası nümayiş etdirilir
Nümayiş oktyabrın əvvəlində baş tutacaq
-
«Microsoft» çökdü
«Outlook» və «Exchange» 12 saat özünə gələ bilməyib
-
«Microsoft» tərtibatçıları «Internet Explorer» veb-brauzerini xilas etmək üçün adının dəyişdirilməsi haqda müzakirələr aparırlar. Onlar tərəfindən təklif edilmiş «Ultron» adı rəhbərliyin xoşuna gəlməyib.
Milli.Az bildirir ki, brauzerin nüfuzunun azalması bu müzakirələrə səbəb olub. Proqramın cari versiyasının (İnternet Explorer 11) nisbətən uğurlu olmasına baxmayaraq, istifadəçilər İE brauzerini kompüterlərinə quraşdırmağa tələsmirlər, çünki «Microsoft»un brauzerinin altıncı versiyasının çoxsaylı çatışmazlıqları hələ də yaddaşlardadır. Hesab edilir ki, adın dəyişdirilməsi brauzerə bu mənfi imicdən yaxa qurtarmağa kömək edəcək.
Qeyd edək ki, «Bromium Labs» şirkətinin hesabatına əsasən, 2014-cü ilin əvvəlindən «İnternet Explorer» brauzerində ötən illə müqayisədə daha çox boşluq aşkarlanıb. İE bu göstəricisi üzrə başqa populyar brauzerlər arasında liderdir. Bununla belə ekspertlər bildiriblər ki, «Microsoft»un tərtibatçıları brauzerin təhlükəsizliyinə daha çox diqqət ayırmağa başlayıblar.